Təhsil naziri Şabranda vətəndaşları qəbul etmişdir

 

 

 

Yanvarın 10-da təhsil naziri Mikayıl

Cabbarov Şabranda şimal bölgəsindən

olan vətəndaşları qəbul etmişdir.

Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarından olan 60-dan çox vətəndaşın müraciətinə baxılmışdır.

Müvafiq rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin əlaqədar struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə qəbul, məktəb və uşaq bağçalarının təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış və qəbul imtahanları, təhsil haqqı və köçürmələrlə bağlı müraciətlər etmişlər. Hər bir müraciət diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında