Azərbaycan Diplomatik Akademiyasında “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilmişdir

 

 

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali məktəbin və Azərbaycan Respublikası

Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilmişdir.

Konfransın açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək Azərbaycan dövlətinin ölkədə təhsilin inkişafına hərtərəfli diqqət və qayğısından danışmışdır. O bildirmişdir ki, Azərbaycan dövləti müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşır, onların cəmiyyət və xalq qarşısında əvəzsiz xidmətlərini yüksək qiymətləndirir.

Rektor qeyd etmişdir ki, gələcəkdə akademiyanın tərkibində orta məktəbin açılması planlaşdırılır.

Tədbirdə vaxtilə Harvard Universitetinin müəllimi olmuş professor Eleanor Dakvort çıxış edərək təhsil tədqiqatçısı kimi bütün yaş qruplarının, müəllimlərin və şagirdlərin həm məktəbdaxili, həm də məktəbdənkənar tədris və təcrübəsi ilə maraqlandığını bildirmişdir. O, həmçinin ABŞ, Avropa, Asiya, Afrika ölkələrində pedaqoji təhsilin və proqramın qiymətləndirilməsini həyata keçirdiyini diqqətə çatdırmışdır.

“Brokvud Park” məktəbinin müdiri Qopal Krişnamurti, ABŞ-ın İllinois Universitetinin tanınmış professoru Uilliam Ayers, Vinçester Universitetinin professoru  Simon Boksli və başqaları təhsil, cəmiyyət, gənclik, təhsil və tədrisə müasir və innovativ yanaşma, kurikulumun və təhsil siyasətinin formalaşdırılması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və digər mövzularda çıxış etmişlər.

Azərbaycan Diplomatik Akademiyasının tədris işləri üzrə prorektorunun müavini Şəmsiyyə Mustafayeva, ADA-nın Təhsil və Dillər İnstitutunun dekanı  Vəfa Kazdal, bakalavr mərhələsinə tələbə qəbulu üzrə direktor müavini  Firuzə Əliyeva orta məktəb müəllimləri ilə Azərbaycan təhsilinin bugünkü inkişaf səviyyəsinə dair müzakirələr aparmışlar.

Konfrans öz işini “Təbiətdə transformativ təhsil”, “Məktəb, kurikulum, təhsil siyasəti”, “Birlikdə öyrənmə və düşünmə”, “Təhsil siyasəti, kurikulum tərtibatı və gələcək addımlar” və s. mövzular ətrafında çıxışlar və müzakirə panelləri ilə davam etdirmişdir.

İki gün davam edən konfrans iştirakçılarla sual-cavab, açıq müzakirələrlə başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında