AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru daha bir beynəlxalq mükafata layiq görülmüşdür

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına -  “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülmüşdür.

Tarix İnstitutundan AzərTAc-a bildirmişlər ki, bu mükafat alimə Böyük Britaniyanın Oksford şəhərində “Elm və təhsil: yeni imkanlar və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda verilmişdir.

“Kraliça Viktoriya” beynəlxalq mükafatı elm və təhsil sahəsində böyük xidmətləri olan şəxslərə verilir.  

2012-ci ildə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutu tədqiqat fəaliyyətinə görə Beynəlxalq Sokrat Komitəsinin  “Best Enterprises-2012" diplomuna, bu elm müəssisəsinin direktoru, professor Y. Mahmudov isə  böyük elmi nailiyyətlərinə görə “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna layiq görülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında