Azərbaycan aliminin “Şəms və Mövlana” adlı kitabı İranda əski əlifbada işıq üzü görmüşdür

 

 

O Xəttat üç cür yazı yazdı:

Birini Ondan başqa heç kəs oxumadı,

Birini həm O oxudu, həm də başqaları.

Birini isə nə O oxudu, nə də başqaları -

O üçüncü yazı mənəm!

                                               Şəms Təbrizi

Görkəmli Azərbaycan şərqşünası, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Şəms və Mövlana” adlı kitabı İranda əski əlifbada işıq üzü görmüşdür. Kitab Tehrandakı “Təkderəxt” nəşriyyatında 500 tirajla nəşr olunmuşdur.

Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından etdiyi tərcümələr daxil edilmişdir.

Müəllif orta əsr qaynaqlarına əsaslanaraq Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə nail olmuşdur. 

Kitabda həmçinin Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhi verilmiş, onun ədəbi irsinin bu gün də aktual və müasir olmasını şərtləndirən başlıca amillərdən bəhs edilmişdir. Şəms və Mövlana münasibətlərini araşdıran müəllif yazır ki, Şəms təsəvvüfdə ən yüksək məqama yetişsə də, özü ətrafında müridlər toplamadı. Şəms bunu “Söhbətlər”də çöx maraqlı şəkildə izah edir: “Mən mürid tutmuram. Məndən çox yapışdılar ki, sənin müridin olaq, bizə xirqə ver, qaçdım... Mən mürid tutmuram, şeyx tuturam, özü də hər şeyxi yox, kamil şeyxi!”

Məlumat üçün bildirək ki, kitab Məsiağa Məhəmmədinin 2010-cu ildə Bakıda çap olunmuş eyni adlı əsəri əsasında tanınmış naşir və tədqiqatçı doktor Hüseyn Şərqi tərəfindən nəşrə hazırlanmışdır.

İbrahim NİZAMİOĞLU,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında