Fundamental nəşr

 

Bu ilin ən yaddaqalan kitab nəşrlərindən biri də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə işıq üzü görmüş tarix elmləri doktoru, professor, Azərbaycan elmində yeni istiqamətin- kulturologiya elminin yaradıcısı, Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyasının akademiki Fuad Məmmədovun Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birlikgə, tələbələr və müəllimlər üçün hazırladığı “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” adlı monoqrafiyası oldu.

Monoqrafiyanın üstünlüklərindən biri də kitabın Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq olunmasıdır. 4 hissədən və 15 fəsildən ibarət 671 səhifəlik kitab Azərbaycanda kulturologiya elminin inkişafı və dərindən öyrənilməsi üçün müfəssəl elmi mənbə hesab olunmaqdadır.

Əsərdə ruhi mədəniyyətin dəyəri və intellektual mədəniyyətin xüsusi missiyası haqqında, kulturologiyanın strateji əhəmiyyəti, demokratik dövlətçilik mədəniyyəti, milli və beynəlxalq idarəetmə mədəniyyəti, Qərb ölkələrində idarəetmə mədəniyyəti, müəllifin özünün kulturoloji idarəetmə modeli haqqında fundamental fikirlər öz əksini tapıb. Kitabda o cümlədən dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi və nəzəriyyəsindən, dövlətçiliyin iki tarixi forması haqqında, qədim şumer-mesopotamiya sivilizasiyası, Kiçik Asiya, Aralıq dənizi, Hind,Çin,Koreya, yunan-Roma mədəniyyətlərinin üstünlüklərindən və baxışlarından bəhs edilməklə yanaşı Nəsirəddin Tusinin, Axundovun, Jan Jak Russonun dövlət idarəçiliyinə və insan münasibətləri mədəniyyətinə elmi-fəlsəfi baxışları ətraflı təhlil edilmişdir. Əsərdə həm də kulturologiya elminin idarəetmə mədəniyyətinin mahiyyəti və xüsusiyyətlərinin dərk edilməsindən, şəxsiyyət və liderlərin formalaşdırılmasından, dövlətçilik mədəniyyəti və strateji idarəetmənin təkmilləşdirilməsinə təsirindən söhbət açılmış, demokratik ölkələrdə dövlət, sosial və iqtisadi idarəçiliyin peşəkarlıq bilikləri, texnologiyaları və etik normalar, liderlik mədəniyyəti, şəxsiyyəti, özünüidarəetmə və ailənin idarə edilməsi mədəniyyətindən geniş bəhs olunmuş və ciddi elmi əsaslara söykənən nəzəri yanaşmalar ortaya qoyulmuşdur.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında