Akademik Akif Əlizadə: "Xoşbəxt müəllim elmimizin fəxridir"

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, AMEA-nın akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ-nin əməkdar neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadənin titullarının sırasına daha bir fəxr əlavə olundu. Belə ki, görkəmli alim qlobal layihələrin Gürcüstan ərazisindən keçməklə reallaşdırmasındakı xidmətlərinə görə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə əlamətdar hadisə ilə əlaqədar hisslərini belə ifadə etdi:
- X.Yusifzadə 1960-cı ildə Bakıda namizədlik və 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 165-dən artıq elmi işin, o cümlədən 12-dən çox monoqrafiya və 5 ixtiranın müəllifidir.
Xəzər dənizində 20-yə yaxın neft-qaz strukturunun kəşfi X.Yusifzadənin adı ilə bağlıdır. Onlardan beşi Türkmənistanda, ikisi Rusiyada, biri isə Xəzərin Qazaxıstan sektorundadır. Azərbaycan sektorunda isə bu dövrdə X.Yusifzadənin başçılığı altında "Bahar", "Səngəçal-dəniz-Duvannı-dəniz, "Xərə adası-Zirə", "Xərə-Zirə-dəniz", "Çıraq", "Azəri", "Günəşli", "Kəpəz" və "Şahdəniz" yataqları açılmışdır ki, onlar ölkəmizin neft sənayesinin gələcək inkişafında yeni neft strategiyasının reallaşmasına zəmin yaratmışlar.
Məhsuldar yaradıcılığının bütün dövründə Xoşbəxt müəllim öz ixtisasına vurğunluğu, məhəbbəti sayəsində inadla Xəzər dənizinin neft və qaz yataqlarının mənimsənilməsinin elmi və istehsalat məsələlərini həll etməyə çalışır ki, bu da dövlət tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, iki dəfə "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə, medal və fəxri fərmanlarla təltif edilmiş, "SSRİ-nin fəxri neftçisi", "SSRİ-nin fəxri kəşfiyyatçısı", iki dəfə "Azərbaycanın əməkdar mühəndisi", "Azərbaycan Dövlət mükafatı laureatı" adına layiq görülmüşdür. 2000-ci ildə ümummilli lider Heydər Əliyev X.Yusifzadəni "İstiqlal" ordeni, 2004-cü ilin noyabr ayının 22-də isə Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin 10 illiyi münasibətilə onu "Şöhrət" ordeni, 2009-cu il dekabrın 14-də isə "Şərəf" ordeni ilə təltif etmişdir.
Bütün həyatını Azərbaycanın neft sənayesinin inkişafına həsr etmiş alim, neftçi-geoloqun çoxillik gərgin əmək fəaliyyətini qiymətləndirərkən, ümummilli lider Heydər Əliyevin sözlərini yada salmaq yerinə düşər: "Xoşbəxt Yusifzadə kimi Xəzər dənizini bilən ikinci bir adam yoxdur". Bununla da neft geologiyası sahəsində çalışan məşhur mütəxəssis haqqında hər şey deyilmişdir.
Xoşbəxt müəllimin neftçıxarmadakı nailiyyətləri Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da yüksək qiymətləndirilir. Amerikanın neftçi-geoloqlar assosiasiyasının üzvü, Avropanın alim-geoloqları və mühəndisləri assosiasiyasının üzvü, Beynəlxalq Şərq Neft Akademiyasının birinci vitse-prezidenti, CP "Kaspian Drillinq kompani" direktorlar şurasının sədri olmuşdur. Nəhayət, görkəmli alimin Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilməsi onu sübut edir ki, beynəlxalq elm ictimaiyyəti onun elmi əməyini hələ də dəyərləndirir.

{nl}

Qələmə aldı: Səid HÜSEYNOV

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında