ADNA-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd edildi

 

 

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan akademiyanın Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov bildirdi ki, hər iki bayram ölkəmizdə böyük təntənə ilə qeyd olunur.

ADNA-nın tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov isə xalqımızın minilliklər boyu dünya sivilizasiyasına böyük töhfələr verdiyini qeyd etdi. Onun sözlərinə görə, müxtəlif ictimai-siyasi proseslər nəticəsində soydaşlarımız tarixi torpaqlarından ayrılaraq bütün dünyaya yayılmalı olublar. Hazırda dünyada təqribi hesablamalara görə, 50 milyondan çox azərbaycanlı yaşayır. Onların 9 milyondan çoxu müstəqil Azərbaycan Respublikasında, 30 milyona yaxını İranda, 4,6 milyonu Rusiyada və MDB ölkələrində, 3 milyonu Türkiyədə, 1 milyonu ABŞ-da, 1 milyonu İraqda, 900 mini Misirdə, 650 mini Pakistanda, 500 mini Əfqanıstanda, 300 mini Almaniyada, 170 mini Böyük Britaniyada və başqa ölkələrdə yaşayır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmaq məqsədilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.

Qasım Məmmədov bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu bayramın qeyd edilməsi dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının tarixi Vətəni, əziz, doğma yurdudur. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması üzrə ümummilli liderimiz Heydər Əliyevin başladığı nəcib işi uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayında demişdir: “Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi. Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Prorektor ADNA kollektivi adından bütün soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdi, yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və qələbə arzuladı.

Tədbirdə akademiyanın ictimai həyatında fəallığı ilə seçilən tələbələr fəxri fərmanlarla təltif olundular. Sonda ADNA-nın “Gənclik” mahnı və rəqs ansamblı və Azərbaycanın tanınmış estrada müğənnilərinin ifasında bayram konserti təqdim edildi.

Paşa ƏMİRCANOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında