Qafqaz Universitetində “Var xalqımın imzası imzalar içində ” adlı tədbir keçirilmişdir

 

Dünən Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2014-cü Yeni il münasibətilə “Var xalqımın imzası imzalar içində ” adlı tədbir keçirilib. Dövlət himninin səslənməsindən sonra tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç ümummili lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı tarixi xidmətlərindən söz açaraq bildirmişdir ki, ulu öndər hələ keçmiş ittifaqın öndə gedən universitetlərində azərbaycanlı gənclərin təhsil almasını təmin etmişdir.

Daha sonra rektor Dünya Azərbaycanlılarının Həmrəylik Günündən söz açaraq, Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqın rifahının yüksəlməsində əvəzedilməz xidmətlərini xüsusi qeyd etmişdir.

Sonra Milli Məclisin deputatları Tahir Rzayev, Azər Badamov çıxış edərək xalqımızın həmrəyliyi sahəsində ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlərdən, xalqımızın imzasının imzalar içindəki yerindən və dəyərindən danışmışlar.

Bayram əhval - ruhiyyəsində keçən tədbirin bədii hissəsində Qafqaz Universitetinin tələbələrinin ifasında saz havaları,  vətənpərvərlik mövzusunda mahnılar və milli rəqslər ifa olunub.

    Bayram tədbiri  umummilli liderimiz Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki mən Azərbaycanlıyam” kəlamı ilə sona çatıb. Tədbirdə ictimai-siyasi xadimlərlə yanaşı, universitetin müəllim-tələbə heyəti də iştirak ediblər.

İbrahim NİZAMİOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında