Azərbaycan Müəllimlər İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur

 

Dekabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)

 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

AMİ-dən AzərTAc-a bildirmişlər ki, tədbir dövlət himninin səslənməsi ilə başlanmışdır.

 İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı  ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə alaraq elan etdiyi və dövlət bayramı kimi qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışmış, tədbir iştirakçılarını bu bayram və Yeni il  münasibətilə təbrik etmişdir.

Rektor bildirmişdir  ki, azərbaycanlılar həmişə  öz milli mənsubiyyətlərini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənləri olan Azərbaycan ilə əlaqələrini heç vaxt itirməmişlər. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşmiş, diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində, müasir dövrün tələblərinə uyğun olaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini daha da gücləndirirlər.

 Tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün  yaranma tarixi və əhəmiyyəti haqqında”, “Heydər Əliyev dünya azərbaycanlılarının ideoloqudur”, “Qərbi Avropada Azərbaycan diasporunun fəaliyyəti” mövzularında məruzələr dinlənilmişdir.     Qeyd olunmuşdur ki, bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin yaradılmasında, onların daha möhkəm birləşməsində  əhəmiyyətli rol oynayır.

Çıxış edənlər cari ildə institutun qazandığı uğurlardan söz açmışlar. 

 İnstitutun tələbələri bayrama həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim etmişlər.

 Sonda AMİ-nin tələbələri arasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş “Ana yurdum - Azərbaycan” mövzusunda fotoşəkil müsabiqəsinin, eləcə də institutun yataqxanasında yaşayan tələbələr arasında Yeni  il münasibətilə təşkil  olunmuş “Ən gözəl bəzədilmiş otaq” müsabiqəsinin qaliblərinə  diplom və hədiyyələr təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında