LDU-da respublika elmi-praktik konfransı

 

 

 

 

 

Lənkəran Dövlət Universitetində “Təhsildə keyfiyyətin təminatı yolları” mövzusunda respublika

elmi -praktik konfransı keçirilib.

Konfransdan əvvəl 200 kompyuterlə təchiz olunmuş Elektron kitabxana və Tədris Məlumat Mərkəzinin açılışı oldu. Bununla əlaqədar tədbiri universitetin rektoru, fizika riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq, “İnformasiya Texnologiyaları ili” olan 2013-cü ildə ali məktəbdə həyata keçirilmiş tədbirlərdən danışdı və qeyd etdi ki, kompüterlərdən istifadə təhsilimizi keyfiyyətcə yeni mərhələyə qaldırmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi konfransda A.İsgəndərov bildirdi ki, LDU ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikamızın qabaqcıl ali təhsil müəssisələri sırasında özünə layiqli yer tutmuşdur. Universitetdə təhsilin keyfiyyətinə nəzarət və müəllimin özünüqiymətləndirmə sistemi fəaliyyət göstərir. Bunun nəticəsində imtahanların düzgün təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi diqqət mərkəzindədir. Qeyd edildi ki, son vaxtlar universitetdə təhsil həm məzmun, həm də zamanın tələblərinə uyğun yeni səviyyədə qurulmuşdur.

Plenar iclasda universitetin Kimya və biologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov, pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Afiq Əliyev təhsildə keyfiyyətin elmi-metodik əsasları, yeni təhsil ideologiyasında keyfiyyətin təminatı haqqında məruzələrlə çıxış etdilər.

Bu gün təhsil sisteminin qarşısında kamil insan yetişdirmək kimi məsul və şərəfli vəzifənin durduğunu bildirən məruzəçilər qeyd etdilər ki, millətin mənəvi potensialının formalaşması tələbələrin dərin və hərtərəfli biliyə, praktik bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə və müasir dünya görüşə hansı səviyyədə malik olmasından asılıdır. Universitetdə gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda, peşəkar mütəxəssis və vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində ardıcıl, məqsədyönlü işlər həyata keçirilir.

Konfrans “Təbiət elmləri”, “Humanitar və pedaqoji elmlər”, “İqtisadiyyat və idarəetmə elmləri” bölmələrində davam etdirilmişdir.

Bölmələrdə müxtəlif mövzularda 120-də çox məruzə dinlənilmişdir.

Sonda konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilmişdir.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”nin  bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında