İstanbulda “Bir Prezidentin portreti” kitabının təqdimat mərasimi olmuşdur

 

 

 

İstanbuldakı “Çırağan” sarayında tanınmış britaniyalı müəllif və sənədli filmlər rejissoru, Kral Coğrafiya Cəmiyyətinin üzvü Qrem Uilsonun “Bir Prezidentin portreti” kitabının təqdimat mərasimi keçirilmişdir. Kitabı türk dilinə Türkiyənin tanınmış tərcüməçilərindən biri olan Tayfun Toruner tərcümə etmişdir.

 Mərasimdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir ki, Prezident İlham Əliyevin ad günündə bu kitabın təqdimatının İstanbulda keçirilməsi əlamətdar hadisədir. Qardaş Türkiyə ilə əlaqələrimiz gündən-günə inkişaf edir.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində görülən işlər haqqında ətraflı məlumat verən Z.Əsgərov bildirmişdir ki, ölkəmizdə iqtisadi və sosial sahədə böyük nailiyyətlər qazanılmış, Azərbaycanın ilk süni peyki orbitə çıxarılmış, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu inkişaf  bəzi dairələrdə qısqanclıq doğursa da, tərəqqi prosesi davam edəcəkdir. Türkiyə ilə Azərbaycan birlikdə daha böyük nailiyyətlər qazanacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyevin dünya liderləri arasında xüsusi yeri vardır və dövlətimizin başçısının praqmatik baxışlara malik olan görkəmli dövlət xadimi kimi bütün yüksək keyfiyyətləri bu kitabda əksini tapmışdır.

  Kitabın müəllifi Qrem Uilson bildirmişdir ki, İlham Əliyev dünyanın dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin siyasətini davam etdirməklə, regionda və dünyada baş verən prosesləri müdrikliklə qiymətləndirir və ölkəsinin inkişafı istiqamətində qətiyyətli qərarlar qəbul edir. Azərbaycan Prezidenti təmkinli, qətiyyətli və novator bir lider kimi dünyanın siyasət xadimləri arasında öz layiqli yerini tutmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir ki, bu kitab ölkəmizin tarixini əks etdirən mötəbər mənbədir. Azərbaycanın tarixi uğurları bu kitabda əks olunmuşdur. Bu gün Türkiyə və Azərbaycan yüksəliş dövrü yaşayır. Eyni zamanda, iki qardaş ölkənin əlaqələri indiki qədər strateji əhəmiyyətə malik olmamışdır. Bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin xüsusi xidmətləri vardır. Dövlətimizin başçısı bu yaxınlarda Türkiyənin “Dövlət nişanı” ordeninə və Xəzər Strateji İnstitutunun “İlin adamı” mükafatına layiq görülmüşdür. Bu gün ölkəmiz bütün mühüm beynəlxalq enerji və kommunikasiya layihələrini məhz qardaş Türkiyə ilə birgə həyata keçirir. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4,2 milyard dollara çatmışdır. Bakı-Tbilisi-Qars layihəsinin istifadəyə verilməsindən sonra bu rəqəm daha da yüksələcəkdir.  Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanında olmuş, bizi hər zaman dəstəkləmişdir. Bu ilin avqust ayında Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısında Azərbaycanın Türkiyə və türk dünyasının digər ölkələri ilə əlaqələrinin gücləndirilməsi qərara alınmışdır.

Mərasimdə Azərbaycan, Türkiyə və digər ölkələrdən dəvət olunmuş ictimai-siyasi xadimlər - Türkiyənin millət vəkilləri Harun Karaca, Mustafa Kabakçı, HASEN-in baş katibi Haldun Yavaş, professor Deniz Ülke Arıboğan, kitabın türk dilində nəşrini həyata keçirən “İnfomag” nəşriyyatının direktoru Serdar Turan, jurnalist Murat Yetkin də çıxış edərək Azərbaycanın dövlət başçısının liderliyi ilə ölkəmizin qazandığı nailiyyətlərdən, kitabın məziyyətlərindən danışmışlar.    

  Q.Uilsonun 512 səhifədən, 40 fəsildən ibarət olan kitabında Azərbaycanın tarixi, ölkəmizin ən qədim dövrlərdən zəmanəmizə qədər siyasi inkişafının spesifikası öz əksini tapmışdır. Müəllif qədim Azərbaycanın tarixinə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycanın sovet dönəminə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bioqrafiyalarına, onların həyat və fəaliyyətinə xüsusi yer ayırmışdır.

Kitabda Xocalı faciəsi və 20 Yanvar haqqında məlumatlar, habelə Azərbaycanın şəffaflıq, təhsil, səhiyyə, sosial təminat, uzunömürlülük və iqtisadiyyat kimi amillər üzrə inkişafına şərait yaradan məsələlər öz əksini tapmışdır.

Tədbir muğam üçlüyünün konserti ilə başa çatmışdır.

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında