Azərbaycan Dövlət İqtisad Universitetində II Avrasiya sosial elmlər forumu keçirilir

 

 

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Avrasiyada yeni inteqrasiya təşəbbüsləri: mövcud vəziyyət və gözləntilər” mövzusunda ikinci Avrasiya sosial elmlər forumu işə başlamışdır.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan universitet, nazirlik və diplomatik korpus rəhbərlərinin, elm və biznes dünyasının təmsilçilərinin iştirak etdikləri forum ADİU-nun, Türkiyənin Hacettepe, Qırğızıstanın Manas və Qazaxıstanın Ahmet Yasevi universitetlərinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Forumu giriş sözü ilə açan ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev bildirmişdir ki, son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki Cənubi Qafqazda, həm də subregional məkanda geoiqtisadi liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iri beynəlxalq enerji, nəqliyyat, kommunikasiya-infrastruktur layihələrinin müvəffəqiyyətlə reallaşdırılması, ölkənin geostrateji mövqeyinin üstünlüklərindən səmərəli istifadə edilməsi respublikamızın qısa tarixi müddətdə geoiqtisadi və humanitar mərkəz, sabit, dinamik inkişaf məkanı kimi tanınmasına imkan yaratmışdır.

Hacettepe Universitetinin prorektoru, professor Cem Sarac, Manas Universitetinin prorektoru, professor Kerem Özdemir, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas və başqaları belə forumların, konfransların türk dünyasının iqtisadi problemlərinin birgə həlli istiqamətində əhəmiyyətini vurğulamışlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli forumun aktual bir mövzuya həsr olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, XXI əsr qloballaşma əsridir və bu qloballaşmanın əsasında duran ən böyük meyar məhz inteqrasiyadır. Qloballaşma Qərbdə yaranmış bir fenomendir. Uzun müddət qloballaşma və Qərbləşmə meyilləri demək olar ki, paralel cərəyanlar kimi nəzərdə tutulmuşdur. Lakin üçüncü minillik sübut edir ki, qloballaşma yalnız Qərbə məxsus deyildir. Hazırda Şərqdə yaranan regional inteqrasiya meyilləri qloballaşmanın bir mərkəzdən idarə olunmadığını göstərir. Qloballaşma və inteqrasiya bir-birindən ayrılmaz meyillərdir. Lakin əsas faktor odur ki, inteqrasiya meyilləri məhz iqtisadi, ictimai, humanitar, mədəni sahədə olduqda özünün son nöqtəsinə gəlib çata bilər. Avropa İttifaqının timsalında bunun bariz nümunəsini görürük.

Forumda ADİU-nun prorektoru, professor Əvəz Bayramov “Avrasiya məkanı: inteqrasiya proseslərində ziddiyyətli məqamlar” və Hacettepe Universitetinin professoru Ahmet Burçin Yereli “Türk dünyasının elm adamları arasında əməkdaşlığın əhəmiyyəti” mövzularında məruzələrlə çıxış etmişlər.

Forum işini dekabrın 21-də başa çatdıracaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında