Azərbaycan müəllimi ilk "iyirmiliyə" daxil olub

Bakının 8 saylı orta məktəbinin müəllimi İlhamə Əkbərova "Microsoft" korporasiyasının Berlində keçirdiyi Avropa İnnovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə ilk "iyirmiliyə" daxil olub. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
İ.Əkbərova Azərbaycanı "Məzmunda innovasiyalar" nominasiyası üzrə "Çoxüzlülər bizim ətrafımızdadır" layihəsi ilə təmsil edib. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edib.
Avropanın ən yaxşı 20 innovativ müəllimi sırasında İlhamə Əkbərova cari ilin oktyabr ayında Keyptaun şəhərində (CAR) keçiriləcək Ümumdünya İnnovativ Müəllimlər Müsabiqəsində iştirak etmək hüququ qazanıb.
İlhamə Əkbərova ölkəmizi Berlində Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti tərəfindən həyata keçirilən, "Mədəd", "Ultra", "İntel", "HP" tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ müəllimlər müsabiqəsinin qalibi kimi təmsil edib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında