“Yeni təhsil” mövzusunda konfrans-düşərgəyə yekun vurulmuşdur

 

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) tələbə gənclər təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Yeni təhsil” tələbə-müəllim konfrans-düşərgəsi keçirilmişdir.

Bu layihə ATGT-nin institutun  tələbə gənclər təşkilatı  ilə birgə Gənclər Fondunun elan etdiyi üçüncü qrant müsabiqəsində qalib olmuşdur.

 AzərTAc xəbər verir ki, dekabrın 12-də AMİ-də konfrans- düşərgəyə yekun vurulmuşdur.

 Mərasimdə çıxış edən AMİ-nin tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov bildirmişdir ki, konfransın əsas məqsədi tələbələr tərəfindən təhsildəki yenilikləri, yeni tədris metodları şəraitində müəllim-tələbə münasibətini dəyərləndirmək, mövcud problemləri ortaya çıxarmaq və onların həlli yollarını araşdırmaqdır.

Diqqətə çatdırılmışdır ki, institutun tələbə gənclər təşkilatının 11 filialının sədrlərinin, sədr müavinlərinin və müəllimlərin iştirakı ilə keçirilən konfrans-düşərgədə 100 tələbə və müəllim iştirak etmişdir. Konfrans çərçivəsində  “Tələbə gənclər təşkilatlarının işi”, “Müəllim psixologiyası və gənclik”, “Müəllim və dəb” və digər mövzularda seminarlar keçirilmişdir.

Bildirilmişdir ki, layihə çərçivəsində iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət edərək ümummilli liderin həyat və fəaliyyətini əks etdirən və ən müasir tərtibatda hazırlanmış sərgi kompleksi böyük maraqla izləmişlər.

Tədbir çərçivəsində AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı layihə iştirakçıları ilə görüşmüş, tələbələrin layihə haqqında düşündüklərini, təmsil etdikləri filiallarda onların öz bilik və bacarıqlarını reallaşdırmaları üçün yaradılmış şərait haqqında fikirlərini dinləmiş, onlara öz tövsiyələrini vermiş, gələcək həyatda müvəffəqiyyətlər arzulamışdır.

Diqqətə çatdırılmışdır ki, layihə çərçivəsində iştirakçılar institutda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə də iştirak etmişlər. Tədbirdə onlara müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsi, qeyri-adi şəxsiyyəti, əsl siyasət və dövlət xadiminə xas olan böyük istedadı barədə geniş məlumat verilmişdir.

Konfrans-düşərgənin sonunda iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, ATGTİ-nin və AMİ-nin rəhbərliyi tərəfindən imzalanmış sertifikatlar təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında