Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə elmi-praktik konfrans

 

 

Bu günlər ölkəmizin hər yerində, idarə, təşkilat və müəssisələrdə Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər, anım mərasimləri, elmi-praktik konfranslar təşkil edilir.

 Azərbaycan Turizm İnstitutunda bu münasibətlə keçirilən elmi-praktik konfrans “Azərbaycanın dövlət müstəqilliyinin bərpası və inkişafında Heydər Əliyevin rolu” mövzusuna həsr olunmuşdu.

Elmi-praktik konfransı giriş sözü ilə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açmışdır. Məruzəçi ağır və ağrılı olan,  2003-cü ilin 12 dekabr gününün xalqımızın yaddaşında dahi şəxsiyyətin əbədiyyətə qovuşduğu gün kimi tarixiləşdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Rektor ulu öndərin inkişafa aparan əhatəli strategiyasının detallı şərhində xüsusi vurğulamışdır ki, Heydər Əliyev dövlət quruculuğu problemlərinin uğurlu həllində böyük iradə və dözüm sahibi olduğunu əməli fəaliyyəti ilə isbatlamışdır. Obyektiv, subyektiv səbəblərdən qarşıya çıxan çətinlikləri səbrlə aradan qaldıraraq, müasir və güclü Azərbaycan dövləti qurmaq-yaşatmaq amalına sadiq qalmışdır. Müstəqilliyimizin, ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsinin qarantı olmuşdur. Hələ sağlığında öz siyasi məktəbini yaradan ulu öndərin Azərbaycanı dünyada güc mərkəzi səviyyəsinə qaldırmasını xüsusi vurğulayan C. Cəfərov ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirməsini də diqqətə çatdırmışdır. Rektor C.Cəfərov öz çıxışını bu cümlələrlə yekunlaşdırmışdır: “Lideri güclü olan millət güclü dövlətə sahib ola bilər. 12 dekabr 2003-cü il ulu öndər Heydər Əliyevin anım günü kimi tarixi taleyimizə yazılsa da, qədirbilən xalqımız müstəqil Azərbaycan naminə onun əziz xatirəsini, adını hər zaman uca tutur”.

ATİ-nin dosenti, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı ulu öndər Heydər Əliyevin 1969-1982, 1993-2003-cü illərdəki fəaliyyətini geniş şərh etmişdir. İnstitutun ictimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyevin çıxışının əsas xəttini bu fikirlər təşkil etmişdir: “Böyük insan Heydər Əliyev hələ sağlığında millətin qəlbində öz abidəsini qurmuşdur, onun haqqında bundan sonra da neçə-neçə sanballı elmi əsərlər yazılacaqdır”. ATİ-nin tələbələri ulu öndərin tövsiyələrindən həm tələbəlik illərində, həm də öz gələcək fəaliyyətlərində– ixtisaslı kadr kimi həyata atılan zaman bəhrələnəcəklərinə söz vermişlər.

Z. BƏŞİRQIZI,“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında