Tanınmış yazıçının Babək barədə kitabı çapdan çıxmışdır

 

 

 Tanınmış yazıçı-publisist, filologiya  üzrə fəlsəfə doktoru Akif Əlinin “Azman” və ya “Sən mənim dözümümü görəcəksən...” adlı yeni kitabı çapdan çıxmışdır. 

AzərTAc xəbər verir ki, yazıçının yeni kitabı eramızın IX əsrində Azərbaycan torpaqlarına işğalçılıq yürüşlərinə çıxan ərəb xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü müstəqil Azərbaycan Xürrəmi dövləti yaradaraq 22 il yadelli işğalçılara müqavimət göstərmiş bacarıqlı dövlət xadimi, böyük sərkərdə Babəkə həsr edilmişdir.

Tarixi sənədlər üzərində araşdırma aparan müəllif uzaq dövrün hadisələrini yaradıcı təxəyyülünün süzgəcindən keçirərək olayların gedişinə öz prizmasından yanaşmışdır. Babəkin mübarizəsinə

bugünkü azad, müstəqil Azərbaycan Respublikasında bərqərar olan demokratik dünyagörüşü prizmasından baxaraq, uzaq dövr haqqında həqiqətlərin bir daha ucadan deyilməsinə çalışmışdır.

“Renessans” nəşriyyatı tərəfindən çap olunmuş bu patetik fantaziyada yazıçı Babək dövründə baş verən hadisələrin gedişinə dair öz versiyasını irəli sürmüşdür.

Yeni ədəbi üslubdan və zəngin bədii ifadə vasitələrindən istifadə edən müəllif geniş oxucu kütləsi üçün nəzərdə tutduğu əsərini müstəqil Azərbaycan Respublikasına ithaf etmişdir.

Akif Əli kitaba yazdığı “Müəllifdən” başlıqlı qısa, lakin olduqca poetik dildə qələmə alınmış girişdə söz, onun qüdrəti, Yaradan, Odlar yurdu Azərbaycan və bu torpaqda boy verən, dünyanın ilk tarixini yaradan Oğuz elinin igid oğlu Babək Xürrəmi ilə bağlı fikirlərini bölüşmüşdür. Müəllif yazır: “Böyük Azərbaycan sərkərdəsi ulu Babək. Bu cəsarətə ithaf yazısında sözümüzün əvvəli də, axırı da onun bənzərsiz və təkrarsız şücaəti haqqındadır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canını fəda etmiş xalq qəhrəmanının amalı hələ bu gün də işğalçı ilə üz-üzə duran Azərbaycan insanı üçün ən dəyərli mübarizlik rəmzidir”.

Şübhə yoxdur ki, tanınmış yazıçı-publisistin yeni kitabı  əsrlərin o üzündə qalmış, lakin bu gün də insanları düşündürən bir çox suallara tutarlı cavabı ilə hər bir oxucunun marağına səbəb olacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında