Berlində Azərbaycanın xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

 

 

 

Dekabrın 9-da Berlində Azərbaycanın xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunmuş “Uzaq-yaxın tanışlar” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.

Tədbir Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının, Avropa Azərbaycanlıları Konqresinin (AAK), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “Ölkəm” jurnalının redaktoru yazıçı-publisist Günel Anarqızı, alman alimləri, Azərbaycan və türk diasporunun, o cümlədən KİV nümayəndələri iştirak etmişlər.

Ədəbi-bədii gecəni AAK-ın prezidenti Samirə Patser-İsmayılova giriş sözü ilə açaraq qonaqları salamlamış, Nigar Rəfibəylinin həyat və yaradıcılığı haqqında danışmışdı. O, Nigar Rəfibəylini Azərbaycan qadın şairələrindən Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan ənənələrinin davamçısı kimi qiymətləndirərək, onun Azərbaycan ədəbiyyatındakı rolundan bəhs etmişdir.

Daha sonra Berlin Humbold Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri professor Eva-Maria Aux Nigar Rəfibəylinin ailəsi, gəncliyi, yaradıcılığı haqqında məruzə etmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri Xudadat Rəfibəylinin və onun qızı Nigar Rəfibəylinin həyatındakı çətinliklərdən, Stalin dövründə Azərbaycan ziyalılarının problemlərindən söhbət açmışdır.

Gecədə Nigar Rəfibəyliyə həsr edilmiş musiqili təqdimat göstərilmiş, tədbirin birinci hissəsinin sonunda şairənin şeirlərindən nümunələr Marina Ştaynhauzer tərəfindən alman dilində oxunmuşdur.

Tədbirin ikinci hissəsi diskussiya şəraitindən keçmişdir. “Sizinlə sizsiz - ailədə ənənələr cəmiyyətin təzahürü kimi” mövzusu ətrafında Berlin Humbold Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux, teatr rejissoru Peter Vittiq, Azərbaycan Yazıçılar Birliyinin sədri,  Anar və AAK-ın prezidenti Samirə Patser-İsmayılova fikir mübadiləsi aparmışlar.

Daha sonra xalq yazıçısı Anarın əsərlərindən parçalar alman dilində oxunmuşdur.

 Yazıçı Anar tədbir iştirakçılarının suallarını cavablandırmış, ədəbi-bədii gecənin təşkilatçılarına və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinə təşəkkür etmişdir.

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında