Qafqaz Universitetində beynəlxalq səviyyəli laboratoriya kompleksi istifadəyə verilmişdir

 

Bu günlərdə Qafqaz Universitetinin Mexanika Mühəndisliyi fakültəsində laboratoriya kompleksinin açılışı olub. 

Tədbiri Qafqaz universitetinin rektoru professor Ahmed Saniç açaraq bildirib ki, bu laboratoriya “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. İkimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. 2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya mühəndisliyi laboratoriyaları istifadəyə verilib. Layihənin ikinci mərhələsi isə dekabrın 9-da Mexanika mühəndisliyi ixtisasının Layihələndirmə və adekvat modelləmə, Təxribatsız sınaq üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və İstilik keçiriciliyi, Emal üsulları, Daxili yanma mühərrikləri və Avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası laboratoriyalarının açılışı ilə davam edib.   

 Sonra Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış edərək  bu günün cox fərəhli bir gün olmasını vurğulayıb. Onun sözlərinə görə, Ümummmilli liderimiz Heydər Əliyevin  əsasını qoyuğu neft kontraktları bu gün öz bəhrəsini verir. Möhtərərm prezidentimiz İlham Əliyevin  " Neft kapitalını insan kapitalına çevirək"  siyasəti uğurla davam etməkdədir.

Beynəlxalq Təhsil Mərkəzi Təsil şurasının sədri dossent Ənvər Özərən Ümummilli liderimiz Heydər Əliyevin xeyr duası ilə fəaliyyətə başlayan Cağ Öyrətim şirkətinin möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqəti ilə inkişaf etdiyini vurğulayıb.
    BP-nin  Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birell çıxışında Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb.

Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov tədbir iştirakçılarına Təhsil Naziri Mikayıl Cabbarovun salamlarını çatdıraraq belə bir laborotoriyanın açılmasında əməyi olanlara nazirlik adından minnətdarlığını bildirib. O bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən  imzalanmış Təhsilin inkişafı haqqında dövlət startegiyasını Universiteti günbəgün həyata keçirir. Bu da nazirlik olaraq bizi fərəhləndirir. Onun sözlərinə görə, bu Universiteti ali təhsil müəsisəsi olaraq işini düzgün qurub və iş dünyası ilə qarşılıqlı əməkdaşlıq edir. Açılışını etdiyimiz bu labaratoriya dediklərimin bariz nümünəsidir.

Tədbirdə Azərycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov,  Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Təhsil Mərkəzi Təsil şurasının sədri dossent Ənvər Özərən, BP-nin  Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birell , millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

 

İbrahim Nizamioğlu,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında