Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Milli mədəniyyətin inkişafında ADMİU-nun prioritet mövqeyi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir

 

 

 

Dekabrın 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin 90 illik yubileyinə həsr olunmuş “Milli mədəniyyətin inkişafında ADMİU-nun prioritet mövqeyi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 1 mart tarixli sərəncamının əhəmiyyətini vurğulayan rektor rəhbərlik etdiyi ali məktəbin inkişaf mərhələlərindən, burada təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışmışdır.

 Professor T.Əfəndiyev, eyni zamanda, universitetdə çalışmış görkəmli alim və sənətkarların mədəniyyətin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırmışdır. 

Universitetin tədris işləri üzrə prorektoru, professor Rafiq Sadıqov “ADMİU-nun inkişaf tarixi” mövzusunda məruzə etmişdir.

Məruzəçi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermiş, təhsil müəssisəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Konfransda professorlar Aqşin Babayev, Məryəm Əlizadə və digər alimlərin də məruzələri dinlənilmişdir.

Sonra “Nəzəri təhsil: intellekt və təcrübə”, “Bədii təhsildə istedad meyarı”, “Musiqi təhsilində yaradıcılıq ənənələri və müasirlik”, “Milli rəssamlığın estetik problemləri və tədris istiqamətləri” mövzuları üzrə bölmə iclasları olmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında