Azərbaycan Müəllimlər İnstitutunda “Yeni təhsil” mövzusunda konfrans-düşərgə davam edir

 

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Müəllimlər İnstitutunun tələbə gənclər təşkilatının (AMİ) təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Yeni təhsil” tələbə-müəllim konfrans- düşərgəsi keçirilir.

ATGTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 12-dək davam edəcək konfransın  əsas məqsədi tələbələr tərəfindən təhsildəki yenilikləri, yeni tədris metodları şəraitində müəllim-tələbə münasibətini dəyərləndirmək, mövcud problemləri ortaya çıxarmaq və onların həlli yollarını araşdırmaqdır.

Konfrans-düşərgənin açılış mərasimində AMİ-nin rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çıxış edərək, son vaxtlar Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən, həmçinin təhsilə və gənclərə göstərilən dövlət qayğısından söz açmışdır.

Rektor Aqiyə Naxçıvanlı bu cür layihələrin uğurla həyata keçirilməsinin ölkədə  təhsilin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirmişdir.

ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi konfransda çıxış  edərək təhsil sistemində tələbə özünüidarəetməsinin mühüm vasitəsi olan yəni tələbə gənclər təşkilatlarının fəaliyyətinin  genişləndirilməsinin vacibliyindən danışmışdır. O, qeyd etmişdir ki, tələbə gənclər təşkilatları təhsil müəssisələrində tələbələrin maraqlarının ifadəçisi olmaqla onların fəaliyyətlərinin həm dərs, həm də dərsdənkənar müddətdə əlaqələndirilməsi üçün çox vacib elementdir.

Azərbaycan Müəllimlər İnstitutu tələbə gənclər təşkilatının sədri Nərmin Ərəbli layihənin reallaşdırılacağı müddətdə iştirakçılara keçiriləcək təlimlər və görüşlər barədə danışmışdır.

Düşərgənin açılış mərasimindən sonra iştirakçılar və AMİ-nin prorektoru Rəşad Sadiqov Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi ilə görüşmüşlər.

AMİ tələbə gənclər təşkilatının 11 filialının sədrlərinin, sədr müavinlərinin və müəllimlərin iştirakı ilə keçirilən konfrans-düşərgədə 100 tələbə və müəllim iştirak edir. Konfransda “Tələbə gənclər təşkilatlarının işi”, “Müəllim psixologiyası və gənclik”, “Müəllim və dəb” mövzuları üzrə panel iclasları keçiriləcəkdir.

Konfrans-düşərgənin sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında