Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarına yekun vurulmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın aqrar siyasəti”, “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” və “Azərbaycan Respublikasında elektron idarəetmədə geoməkan məlumatların istifadəsi” üzrə qısamüddətli  ixtisasartırma kursları keçirilmişdir.

Kurs ərzində  Prezident Administrasiyasının aqrar siyasət məsəslələri şöbəsinin müdiri Azər Əmiraslanov,  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov,  Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,  Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli,  Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və digər dövlət qurumlarının nümayəndələri müxtəlif mövzularla çıxış etmişlər.

“Azərbaycanın aqrar siyasəti” istiqaməti üzrə keçirilən kursda Azərbaycan Respublikasında aqrar siyasətin sosial-iqtisadi aktual problemləri (aqrar sahədə islahatlar), davamlı inkişaf sahəsində əldə edilmiş nailiyyətlər: Azərbaycan Respublikası beynəlxalq müqayisələrdə, arqrar sektorun inkişafında mərkəzi idarə ilə yerli özünüidarələr arasında münasibətlərin tənzimlənməsi, aqrar sahədə kadr potensialının formalaşması: müasir vəziyyət və məqsədlər mövzularında məruzələr dinlənilmişdir.

 “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” istiqamətləri üzrə kurslarda isə Azərbaycan Respublikasında dövlət ailə, qadın və uşaq siyasəti, davamlı insan planlaşdırılması və idarə olunması, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, reallıqlar və perspektivlər, “Azərbaycan Respublikasında elektron idarəetmədə geoməkan məlumatların istifadəsi” istiqaməti üzrə kurslarda isə Azərbaycanda geoməkan məlumatların idarəolunması: dünən, bu gün və sabah, davamlı insan planlaşdırılması və idarə olunması və digər mövzularda müxtəlif  problemlərə dair  çıxışlar maraqla qarşılanmışdır.

Kursun sonunda dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. DİA-nın rektoru, akademik Urxan Ələkbərov dinləyicilər qarşısında çıxış etmiş, onlara kursları müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişdir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında