AMEA-nın nizamnaməsi yenidən hazırlanır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qurumun nizamnaməsinin yenidən hazırlanması barədə qərar qəbul etmişdir. Məqsəd AMEA-nın yeni nizamnaməsinin müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə, akademiyada gedən islahatlara hüquqi təminat verə biləcək sənədə çevrilməsini təmin etməkdir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş iclasda akademiyanın nizamnaməsinin yeniləşdirilməsi zərurətindən, bu sahədəki dünya təcrübəsindən və ölkə reallıqlarından geniş söz açılmışdır. Komissiyanın sədri olan akademik daha sonra bildirmişdir ki, akademiyanın ayrı-ayrı struktur bölmələrindən, tanınmış alimlərdən 93 təklif daxil olmuşdur. Komissiyanın aldığı təkliflər və qeydlər nizamnamənin bütün bölmələrini əhatə edir. Komissiya Polşa, Bolqarıstan, Rusiya, Qazaxıstan, Belarus və Ukrayna Elmlər Akademiyalarının da nizamnamə təcrübələrini öyrənmişdir.

Komissiya üzvlərindən akademiklər Asəf Nadirov və  Vaqif Novruzov, müxbir üzvlər Rasim Əliquliyev və Pərviz Əliyev, şöbə müdirləri Azər Namazov, Əminağa Sadıqov və başqaları AMEA-nın nizamnaməsini əsaslı şəkildə təkmilləşdirməklə bağlı fikir və mülahizələrini bildirmiş, təkliflər irəli sürmüşlər. Bundan başqa, nizamnamə ilə əsasnamənin hüdudlarının müəyyənləşdirilməsi, daxil olunan təkliflərin ekspertizasının təmin edilməsi və s. məsələlərlə bağlı vəzifələr də müəyyən olunmuşdur.

AMEA-nın Rəyasət Heyəti yeni layihəni müzakirə etdikdən sonra sənəd illik ümumi yığıncaqda təsdiq olunacaqdır.

R.TAHİR,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında