Ümumtəhsil məktəblərində vakant yerlərə əlavə yerləşdirmə aparılmışdır

 

 

 

Əlavə yerləşdirmədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak etmişlər.

Təhsil Nazirliyindən bildirmişlər ki, yerli təhsili idarəetmə orqanları tərəfindən nazirliyə təqdim edilmiş 2162 vakansiya ilə bağlı təhlillər aparılmış və 1580 zəruri vakant yer müəyyənləşdirilmişdir. 22-26 noyabr 2013-cü il tarixlərində həmin vakant yerlərdən elektron seçim imkanı yaradılmışdır. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 307 nəfəri seçdiyi vakant yerə işə qəbul olunmaq hüququ qazanmışdır. 28 noyabr  2013-cü il tarixində onlarla müsahibə keçirildikdən sonra 165 nəfər işə qəbul olunmuşdur.

Qalan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birgə qabaqlayıcı tədbirlər görür. Belə ki, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilmiş, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılmış, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələr bağlanmışdır.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında