ATİ-nin nümayəndələri Hindistan və Latviyada keçirilən tədbirlərdə iştirak etmişlər

 

 

Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov bu günlərdə Hindistanın Bubanesvar şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) dördüncü illik qurultayında iştirak etmişdir. Tədbir Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı və Hindistanın  Kalinqa Sənaye Texnologiyası Universitetinin ev sahibliyi ilə keçirilmişdir.

Qurultay 16 bölmədə təşkil edilmiş və əsas mövzusu İpək Yolu boyunca sosial, mədəni və qlobal məsələlərin araşdırılması olmuşdur. Toplantıda məruzələr üzrə müzakirə edilən mövzular enerji, iqtisadiyyat, ticarət və sənaye, nəqliyyat, təhsil, kommunikasiya, beynəlxalq əlaqələr və strategiya, dil və ədəbiyyat, incəsənət, tarix, etnoqrafiya, din, urbanizasiya, iqlim, çirklənmə, ərzaq, biomüxtəliflik və s. sahələri əhatə etmişdir. Qurultayın proqramına uyğun olaraq toplantı çərçivəsində iştirakçılar ali təhsildə ən yaxşı idarəetmə təcrübələri, birgə tədqiqat layihələri, adı çəkilən təşkilatın üzvləri arasında Marko Polo mobillik proqramı və Al-Khvarizmi Səfər edən Alim proqramı kimi istiqamətlər üzrə məlumatlandırma xarakterli təlimlərdə iştirak etmişlər.

Səfər çərçivəsində qarşılıqlı əməkdaşlıq mövzusunda tərəfləri maraqlandıran məsələlər müzakirə edilmişdir. Aparılan müzakirələrdən sonra Azərbaycan Turizm İnstitutu ilə Hindistanın Kalinqa Sənaye Texnologiyası Universiteti və Türkiyənin Muş Alparslan Universiteti ilə Anlaşma Memorandumu, həmçinin Muş Alparslan Universiteti və Amasya Universiteti ilə Mövlanə mübadilə proqramı çərçivəsində əməkdaşlıq protokolu imzalanmışdır. 

ATİ-nun mətbuat xidmətindən aldığımız başqa bir məlumatda bildirilir ki, bu günlərdə həm də Latviyanın Riqa şəhərində Avropa  İttifaqının Tempus layihəsi çərçivəsində fəaliyyət göstərən işçi qrupların növbəti görüşü keçirilmişdir. “Davamlı turizmin idarə olunması üçün beynəlxalq bakalavr və magistr proqramlarına dair yeni modulların hazırlanması”nı şərtləndirən layihənin ikinci mərhələsinin gündəliyində 12 işçi qrupu üzvlərinin yekdil qərarı ilə işıq üzü görəcək dərsliklərin koordinasiyası hədəf bilinmişdir.  Avropa İttifaqının Tempus layihəsi çərçivəsində keçirilən Riqa toplantısında Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanovun rəhbərliyi ilə institutun müəllim-akademik heyət üzvlərindən 11 nəfər yaxından iştirak etmişdir. Dörd gün davam edən tədbirdə bütün işçi qrupları tərəfindən hazırlanacaq yeni dərsliklərin sturukturu və məzmunu dəqiq müəyyənləşdirilmişdir.

Toplantıların sonunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

Zərifə HÜSEYNOVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında