ADMİU-da akademik Ramiz Mehdiyevin “Desətğ let, izmenivşie Azerbaydjan: 2003-2013” kitabının müzakirəsi keçirilmişdir

 

Noyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkəmizin 10 illik inkişafına həsr edilmiş “Desətğ let, izmenivşie Azerbaydjan: 2003-2013" kitabının müzakirəsi keçirilmişdir.

Universitetdən bildirmişlər ki, tədbiri açan ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev akademik Ramiz Mehdiyevin yeni kitabının fundamental əsər kimi dəyərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən danışmışdır.

Akademik Ramiz Mehdiyevin bu kitabında son 10 ildə dövlətimizin siyasətində, iqtisadiyyatında, mədəniyyətində və təhsilində baş verən yeniliklərin geniş əks olunduğunu deyən natiq Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illərdə tariximizin böyük uğurlarla dolu qızıl dönəmi, ölkəmizin güclü dövlətə doğru möhtəşəm bir siyasi-iqtisadi, hüquqi və mənəvi təkamül yolu keçməsi, davamlı inkişafın istiqamətlərinin müəyyənləşdirilməsində elmə əsaslanan strategiyası, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar haqqında fikirlərin əsaslandırıldığını diqqətə çatdırmışdır.

Sosial-siyasi elmlər kafedrasının müdiri, professor Əlikram Tağıyev kitabın müəllifi, akademik Ramiz Mehdiyevin daim ictimaiyyəti düşündürən və aktuallığı ilə seçilən mövzulara müraciət etdiyini, “Desətğ let, izmenivşie Azerbaydjan: 2003-2013" kitabının da ən yeni tariximizin hərtərəfli tədqiqində əhəmiyyət daşıdığını bildirmişdir.

Universitetin ədəbi yaradıcılıq və ekran dramaturgiyası  kafedrasının müdiri, professor Aqşin Babayev əsərin Moskvada nəşr olunmasının həm siyasi, həm də ictimai baxımdan əhəmiyyətli və böyük maraq doğuran bir hadisə olduğunu vurğulamışdır. Natiq Prezident İlham Əliyevin yeni dünya düzənində Azərbaycana başucalığı gətirən böyük siyasi kursundan, bu xəttin və siyasi iradənin nəticəsi olaraq ölkəmizin vüsətli inkişafından danışmışdır.

Digər çıxışlarda da akademik Ramiz Mehdiyevin fundamental əsərində son on ildə Azərbaycanın beynəlxalq aləmdə imicinin günbəgün artması, qısa müddətdə dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi haqqında məlumatların dəqiq və təkzibolunmaz faktlarla öz əksini tapmasından bəhs olunmuşdur.

Tədbirdə müzakirəsi keçirilən kitabın ölkənin son 10 ildə keçdiyi inkişaf mərhələlərinin öyrənilməsində, hərtərəfli tədqiqində müstəsna əhəmiyyət kəsb etməsindən, əldə olunan sürətli iqtisadi inkişafdan və bu tərəqqinin aparıcı qüvvəsi olan Prezident İlham Əliyevin fəaliyyətindən geniş danışılmışdır.

Natiqlər ciddi elmi araşdırmalara və zəngin faktlara əsaslanan əsərin 10 ildə yürüdülən siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan irəliləyişlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri, ölkənin elmi tərəqqiyə söykənən inkişaf tempi, forumlar platformasının mahiyyəti haqqında dəyərli mənbə olduğunu qeyd etmişlər.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında