“Zəngəzur” romanı çapdan çıxmışdır

 

Bu günlərdə istedadlı yazıçı, şair, dramaturq, jurnalist, əməkdar incəsənət xadimi Əyyub Abasovun ikicildlik “Zəngəzur”
romanı nəfis tərtibatla nəşr edilmişdir.

Azərbaycanın tarixi Zəngəzur mahalında 1918-20-ci illlərdə yaşanmış faciələri zəngin tarixi faktlarla, bədii detallarla əks etdirən bu əsər dövrün hadisələrini dəyərləndirmək baxımından əvəzsiz mənbədir. Andronik, Dro, Njde, Karo kimi qaniçən erməni daşnaklarının iç üzü, xarici havadarlarının hərbi-siyasi dəstəyi ilə şirnikləndirilən erməni silahlı quldur dəstələrinin törətdikləri ağlasığmaz vəhşiliklər, qanlı qırğınlar ədəbiyyatımızda ilk dəfə 1956-cı ildə nəşr edilmiş və dərhal da ədəbi hadisəyə çevrilmiş bu əsərdə öz bədii təsvirini tapmışdır.

Müəllif özü də bu dəhşətlərin şahidi olmuşdur. Belə ki, onun doğulub boya-başa çatdığı,  uşaqlıq illərini keçirdiyi Sisyanın Şəki kəndindəki ev-eşikləri düşmən tərəfindən yağmalanıb yandırılmışdır. Çoxsaylı doğmalarını, əzizlərini itirən yeniyetmə Əyyub Naxçıvana pənah aparmış, burada öz əməyi, iradəsi, istedadı ilə oxuyub xalqın maariflənməsinə mühüm töhfələr vermişdir. İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşmuş Ə. Abasov müəllimlikdən maarif şöbəsinin müdiri, Mərkəzi Komitənin məsul işçisi kimi müxtəlif vəzifələrdə çalışmış, qısa, lakin şərəfli ömür yaşayaraq özündən sonra zəngin bədii irs qoyub getmişdir.

Ə.Abasov 1957-ci ilin dekabrında 52 yaşında vəfat etmişdir.

Akademik Həsən Əliyevin xatirələrində yazdığı kimi, “Zəngəzur” romanı Əliyevlər ailəsinin də stolüstü kitabına çevrilmiş, əl-əl gəzib oxunmuşdur. Çünki  əsərdə təsvir olunmuş faciələrin bir çoxunu vaxtilə bu ailə də yaşamışdır.

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanının icrasının həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu il tarixli prezident fərmanı ilə təsdiq edilmiş tədbirlər planında Əyyub Abasovun “Zəngəzur” romanının Azərbaycan və rus dillərində təkrar nəşri də (30 çap vərəqi) nəzərdə tutulurdu.

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri  Hacı Nərimanoğlunun bildirmişdir ki, birlik Əyyub Abasovun vəfatının 56-cı ildönümü ərəfəsində onun xatirəsini anma mərasimini və “Zəngəzur” romanının yeni nəşrinin təqdimatını keçirəcəkdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında