Xəzər rayonunda bilik yarışı

 

 

 

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Dövlətçilik tariximizin şanlı səhifələrindən olan Şah İsmayıl və Səfəvilər dövlətinə baxış” mövzusunda məktəblilər arasında bilik yarışı keçirilimişdir.

 Tədbirin giriş mərasimində çıxış edən Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev bildirdi ki, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq Meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqinin dağıdıldığını deyən natiq Azərbaycanda bu hadisələrin milli azadlıq hərəkatı kimi qiymətləndirildiyini və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayıldığını qeyd etdi. Vüqar Əliyev hər il Milli Dirçəliş Günü münasibəti ilə bir sıra tədbirlərin keçirilməsinin ənənə halı aldığını vurğuladı.

 Şüvəlan mədəniyyət evində  təşkil olunan bilik yarışında Xəzər, Neftçala rayonlarından  komandaları ilə yanaşı, Şuşa şəhər 5 saylı orta məktəbin yığması da  iştirak etmişdir.   Yarışın nəticələrinə görə Neftçala rayonu Aşağı Surra kənd orta məktəbin komandası birinci, Xəzər rayonu 92 və 26 saylı orta orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri tutmuşlar.

Xəzər Rayon Gənclər və İdman İdarəsi qalib məktəblərin komandalarını diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırmışdır.

Leyla QURBANOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında