Unudulmaz alimin xatirəsinə ehtiram

 

 

 

 

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş “Neft-qaz sahəsində qeyri-Nyuton sistemlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlamışdır. İkigünlük tədbiri AMEA-nın Riyaziyyat və Mexanika institutları, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Başqırdıstan Respublikası Elmlər Akademiyası (BREA) təşkil etmişdir.

AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev elmi məclisi açaraq bildirmişdir ki, dünya şöhrətli alim, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası, Başqırdıstan Elmlər Akademiyası və Ukrayna Neftqaz Akademiyasının həqiqi üzvü, fəxri neftçi və qaz sənayesi işçisi, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, üç dəfə İ.M.Qubkin adına mükafat laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Azad Mirzəcanzadənin ölkəmizdə və keçmiş SSRİ-də  neft sənayesinin inkişafında müstəsna xidmətləri olmuşdur. Unudulmaz alim hazırkı inkişaf mərhələsində iqtisadiyyatın inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.

 Azad müəllim dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirmişdir. Onlar Azərbaycanın, Rusiyanın, Özbəkistanın, Tatarstanın, Türkmənistanın, Ukraynanın, Əfqanıstanın, Almaniyanın, Bolqarıstanın, Suriyanın, Misirin, Əlcəzairin, Koreyanın, Vyetnamın, İordaniyanın, Yəmənin, Sudanın və digər ölkələrin elm və təhsil müəssisələrində yüksək ixtisaslı kadrlar kimi müəllimlərinin elmi irsini uğurla davam etdirirlər.

Sonra ARDNŞ-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, mərhum alimin həyat və elmi fəaliyyəti barədə geniş çıxış etmişdir.

Beynəlxaq elmi konfransda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan Respublikasının energetika naziri, professor Natiq Əliyev, ADNA-nın rektoru, akademik Siyavuş Qarayev, BREA-nın prezidenti, akademik Ramil Baxtizin, Rusiya Təbiət Elmləri Akademiyasının birinci vitse-prezidenti, akademik Lida İvanitskaya çıxış etmişlər.

Qonaqlar da mərhum akademik haqqında xatirələrini söyləmişlər. Müxtəlif seksiyalarda işini davam etdirən konfrans noyabrın 22-də başa çatmışdır.

R.TAHİR,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında