Qafqaz Müsəlmanları İdarəsində “Qafqazda elm dünyasının ulduzları” kitabının təqdimatı olmuşdur

 

 

Noyabrın 22-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” kitabının təqdimat mərasimi keçirilmişdir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin və  iranlı qonaqların, Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin, mədəniyyət və elm xadimlərinin, şairlərin və ilahiyyatçıların iştirak etdikləri mərasim müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlamışdır.

Tədbirdə çıxış edən QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kitabda Qafqaz ölkələrində yaşayıb-yaratmış 100 nəfər islam aliminin həyat və fəaliyyətindən bəhs olunduğunu diqqətə çatdırmışdır.

A.Paşazadə belə bir kitabın ərsəyə gəlməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

O, islam dünyası qarşısında xidmətləri olmuş din xadimləri və alimlərinin əməyinin qiymətləndirilməsinin vacibliyini diqqətə çatdıraraq demişdir ki, bu, bir başlanğıcdır. İslam mədəniyyətinin formalaşmasında xidmətləri olan elə alimlərimiz var ki, onların adları bu kitabda yer almamışdır. Bundan sonra bu sahədə işlər davam etdiriləcək və daha mükəmməl kitablar hazırlanacaqdır.

Şeyxülislam çıxışında Çar Rusiyası ilə İran arasında 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Azərbaycanla bağlı əsas arxiv materiallarının toplandığı Tbilisi və Sankt-Peterburq arxivlərinin araşdırılması üçün xüsusi qrup yaradıldığını da qeyd etmişdir.

Ölkəmizdə dövlət başçısının tapşırığı ilə ensiklopedik kitabların hazırlandığını diqqətə çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə demişdir ki, bu kitab Azərbaycanın din alimlərinin ensiklopediyası, bizim din mədəniyyətimizin bir hissəsi kimi qəbul oluna bilər. O bildirmişdir ki, bu kitab gənc din alimləri üçün dəyərli mənbədir. Eyni zamanda, kitabda yer almış ruhanilərin həyatı onlar üçün örnək olacaqdır.

A.Əlizadə kitabda vaxtilə müsavat və bolşeviklər dövründə Azərbaycanın şeyxülislamı olmuş babası Şeyx Əlizadə barədə məlumatların da yer almasına görə müəllifə  öz minnətdarlığını bildirmiş və babası ilə bağlı xatirələrini söyləmişdir.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov isə arxiv və araşdırma materialları əsasında hazırlanmış bu kitabın gələcək nəsillər üçün böyük töhfə olacağını demişdir. Qeyd etmişdir ki, insanları haqqa, ədalətə və sevgiyə çağıran islam dininin yolunda həyatlarını fəda edənlərin əməllərini gələcək nəslə çatdırmaq müqəddəs işdir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir ki, bütün millətlər və xalqlar öz tarixi şəxsiyyətlərindən ilham alaraq gələcəyə baxırlar. Azərbaycanın da belə şəxsiyyətləri var. Onları üzə çıxarmaq çox mühüm məsələdir. Onlar haqqında belə kitablar yazmaq çox əhəmiyyətli hadisədir.

Onun sözlərinə görə, Azərbaycan istər Çar Rusiyasının, istərsə də SSRİ-nin tərkibində olarkən bu sahədə araşdırmaların aparılmasına imkan verilmirdi. Ona görə də bu şəxsiyyətlərin irsinin tədqiq edilməsi çox vacibdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran da kitabın bu gün Azərbaycan xalqı üçün mənəvi cəhətdən böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və bir sıra təkliflər vermişdir.

Kitabın müəllifi, əslən azərbaycanlı olan İran vətəndaşı A.Mövlayi araşdırmalarını davam etdirəcəyini və böyük işlər görmüş islam alimlərimizin tanıdılması üçün daha əzmlə çalışacağını demişdir.

Müəllif bu kitabın hazırlanmasında Allahşükür Paşazadəyə və İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid Əli Ocaqnecada minnətdarlığını bildirmişdir.

Təqdimat mərasimində kitabda haqqında bəhs edilən bəzi alimlərin övladları və nəvələri də iştirak etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında