Lerikdə iki yeni kənd məktəbi istifadəyə verildi

 

 

 

 

 

Dağlar diyarının Durğan və Zəriküməco kənd ümumi orta məktəbləri üçün yeni inşa edilmiş, hər biri 80 şagird yerlik olan binaların açılış mərasimləri əsl bayram ovqatında keçmişdir.

Mərasimlərdə  Lerik  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rövşən  Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı  İqbal  Məmmədov,  rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov son illər Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da müasir tələblərə cavab verən məktəblərin tikintisi, təhsil sahəsində qazanılan uğurlar barədə məlumat vermişdir.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırov mərasimlərdə çıxış edərək son beş ildə rayonda 18, on ildə isə 40-a yaxın yeni məktəb binasının inşa olunduğunu, neçə-neçə tədris ocağının əsaslı təmir edildiyini vurğulamışdır. “Təkcə bu il “Bilik Günü”ndə rayonun Livədirqə və Mololan kəndlərində 180 yerlik, Nüvədi və Kələxanda isə 80 yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Mastayıl və Nuravud məktəbləri əsaslı təmirdən sonra qapılarını şagird və müəllimlərin üzünə açmışdır”.

Mərasimdə qeyd edilmişdir ki, tədrisin maddi-texniki bazasının gücləndirilməsi bu sahədə keyfiyyət göstəricilərinin də yüksəlməsinə səbəb olmuşdur. Ötən yay Lerikdən 126 məzun universitetlərin, 212 nəfər isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Onlardan 4 nəfəri 600 baldan yuxarı, 6 nəfəri isə 500-600 bal arası nəticə göstərmişdir.

Milli Məclisin deputatı İqbal Məmmədov məktəblərin açılışı münasibəti ilə müəllim və şagirdləri, kənd əhalisini təbrik etmişdir.

Açılış mərasimlərində çıxış edən müəllimlər,  valideynlər yeni  məktəblərin tikintisinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Birinci sinif şagirdlərinə məktəb ləvazimatları, məktəbli çantaları təqdim edilmişdir.

Rəmzi lentlər kəsildikdən sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olmuşlar.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin  bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında