Azərbaycan Yazıçılar Birliyində «Şeiriyyətim, şeirim» kitabının təqdimatı olub

 

 

Bu günlərdə Azərbaycan Yazıçılar  Birliyində tanınmış şair Fəxrəddin Ziyanın «Şeiriyyətim, şeirim» kitabının təqdimat mərasimi  keçirilib. Təqdimat mərasimində şairlər,  yazıçılar, alimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan xalq şairi Fikrət Qoca Fəxrəddin Ziyanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bildirib  ki, yetmişincilər ədəbi nəslinə  mənsub olan Fəxrəddin Ziya  poeziyada öz dəst - xətti, nəfəsi, üslubu ilə seçilən  və sevilən şairləndəndir. Onun şeirlərində dilimizin və ruhumuzun  layları sözün  sehrikar qüdrəti ilə qat-qat açılır. 

Altımış illik ömrünün, qırx illik  yaradıcılıq yolunun bir hissəsini işıqlandıran bu kitabda Fəxrəddin Ziyanın müxtəlif illərdə və son zamanlarda yazdığı şeirlər, qəzəllər və mahnı mətnləri toplanıb. İnanırıq ki, həmişə olduğu kimi F.Ziyanın bu kitabı da öz poetik ruhu ilə  oxucularına sevinc bəxş edəcəkdir.

Təqdimat mərasimində çıxış edənlər Fəxrəddin Ziyanın « Şeiriyyətim, şeirim» kitabı haqqında ürək sözlərini bildiriblər. Qeyd edilib ki, Fəxrəddin Ziyanın bu il 60 yaşı  tamam olur.  Şair bir insan kimi  necə zərifdirsə, şeirləri də o zəriflikdədir.

Diqqətə çatdırılıb ki, Fəxrəddin Ziya ixtisasca həkimdir. Eyni zamanda poeziyaya, ədəbiyyata bağlı bir insandır.  Heç şübhə də yoxdur ki, o,  «gəlmə» deyil, şairliyi də seçməyib, şairlik özü onu  seçib. Ziyalılar ona yeni-yeni uğurlar arzulayıb, 60 illik yubileyi münasibətilə təbriklərini çatdırıblar.

ADPU-nun tələbələri şairin  şeirlərindən parçalar söyləyiblər.

Sonda şair Fəxrəddin Ziya kitabın təqdimatına  yığışan və haqqında dəyərli fikir söyləyən bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Şakir Cəfərov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında