Mikayıl CABBAROV: “Azərbaycanda 12 illik təhsilə keçid yalnız orta deyil, ali təhsil sisteminə də təsir göstərəcək”

 

Azərbaycanda 12 illik təhsilə keçidlə əlaqədar tətbiq olunacaq yeniliklər və qaydalar açıqlanmışdır.

APA -nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında demişdir ki, 12 illik təhsil dünyanın aparıcı təhsil sisteminə malik olan ölkələrində tətbiq edilir. Onun sözlərinə görə, bu təhsil sisteminin hazırkı təhsil sistemindən əsas fərqi məcburi təhsilalma müddətinin 10 il olmasıdır: “Öz təhsilini ali təhsil sistemində davam etdirmək istəyən şagirdlərə son 2 ildə müəyyən fənlərin dərindən öyrədilməsi planlaşdırılır. Bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. Belə ki, əgər hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçirilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq. Bu da ali təhsilalma müddətində tələbələrin məhz öz seçdiyi ixtisaslara daha yaxşı yiyələnmək üçün müvafiq ixtisas fənlərini seçərək püxtələşmələrinə imkan verəcək”.

Təhsil naziri qeyd etmişdir ki, 12 illik təhsil sisteminin tətbiqi ölkə Prezidenti İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” ilə əlaqədar Fəaliyyət Planında öz əksini tapmışdır: “Bu, düşünülmüş, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla həyata keçiriləcək. 12 illik təhsil sisteminə ölkə üzrə birdəfəlik, yaxud tədricən keçirilib-keçirilməyəcəyi barədə indidən fikir söyləmək hələlik tezdir. Amma mənim üstünlük verdiyim hər zaman odur ki, hər bir yenilik əvvəlcə məhdud çərçivədə tətbiq olunsun. Onun nəticələri öyrənilər və ondan sonra müvafiq düzəlişlər edildikdən sonra geniş miqyasda tətbiq oluna bilər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında