Ceyhun BAYRAMOV: “İnternatların qısa müddətdə tam ləğvi və ya bağlanması gözlənilmir”

 

 

Azərbaycanda internat məktəblərinin qısa müddət ərzində tamamilə ləğvi və ya bağlanması gözlənilmir. APA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlama vermişdir.

O, demişdir ki, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramında (2006-2015-ci illər) uşaqların ailələrə verilməsi əksini tapmışdır. Dövlətin bu məsələyə yanaşmasını diqqətə çatdıran nazir müavini qeyd etmişdir ki, bu proses mərhələlərlə getməlidir: “İnternatlarda uşaq kontingenti olan müddətdə onlar bağlana bilməz. Bu problem olana kimi internat məktəbləri də fəaliyyət göstərəcək”.

 C.Bayramov Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində görüləcək işlərdən bəhs edərkən bildirmişdir ki, həmin strategiyaya əsasən, 5 ay ərzində Nazirlər Kabinetinə tədbirlər planı təqdim edilməlidir: “Tədbirlər planı qəbul edildikdən sonra təhsilin hər bir pilləsi üzrə proqramlar, yeni qaydalar həyata keçiriləcək. Təhsilin bütün pillələri ilə bağlı məsələlər proqramın icrası zamanı həllini tapacaq”.

Nazir müavini ali məktəblərdə imtahanların yazılı və ya şifahi keçirilməsi məsələsində ali məktəblərin müstəqil olduğunu vurğulamışdır: “İmtahanların yazılı və ya şifahi keçirilməsini universitetlər özləri müəyyənləşdirir, onlar bu məsələdə müstəqildirlər”.

Nazir müavini bildirmişdir ki, ali məktəblərdə imtahanın bu və ya digər formada aparılması xüsusi önəm kəsb etmir: “Əsas məqam imtahanın yazılı və ya şifahi olması deyil, əsas imtahanın düzgün aparılması, formalaşdırılması və biliklərin düzgün qiymətləndirilməsidir. Təhsil Nazirliyi olaraq biz hər zaman təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, tələbələrin biliyinin düzgün qiymətləndirilməsinə yönələn təşəbbüsləri dəstəkləyəcəyik”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında