Azərbaycan Diplomatik Akademiyasında ölkəmiz ilə Argentina arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Noyabrın 1-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) yenidən “Ölkə Günləri” adlı tədbirlər silsiləsinə başlanılmışdır.

Bu silsilədə ilk tədbir “Argentina Günü” adı altında Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva və digər rəsmi şəxslər iştirak etmişlər.

Qonaqları salamlayan rektor Hafiz Paşayev tədbirin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Tədbirdə ADA-da magistratura pilləsində təhsil alan argentinalı tələbə Noemi Rabbia ölkəsinin tarixi, mədəniyyəti, coğrafi mövqeyi haqqında məlumatlandırıcı təqdimatla çıxış etmişdir. Təqdimat Argentinanın dövlət himninin səsləndirilməsi ilə başa çatmışdır.

Tədbir çərçivəsində ADA ilə Argentinanın iki ali təhsil müəssisəsi  - Buenos-Ayres və Rosario Milli universitetləri arasında Anlaşma Memorandumu imzalanmışdır.

 Memoranduma əsasən, universitetlər arasında akademik və mədəni mübadilə proqramları, birgə elmi tədbir və konfransların təşkili, o cümlədən tədqiqat mübadiləsi həyata keçirilməsi nəzərdə tutulur. Anlaşma Memorandumu bu il avqustun 21-dən 25-dək ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadənin, ADA-nın ictimai və beynəlxalq məsələlər məktəbinin dekanı Anar Vəliyevin və akademiyanın argentinalı məzunu, ADA-nın beynəlxalq proqramlar üzrə əlaqələndiricisi Tomas Xerbasionun Argentinanın elm-təhsil mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə bu ölkəyə etdikləri səfərin yekunu olaraq imzalanmışdır.

Sonra Argentinanın mədəni simvollarından hesab edilən tanqo rəqsi və milli mətbəxindən nümunələr təqdim olunmuş, o cümlədən Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş fotosərgi nümayiş etdirilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında