Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi Məhəmməd ağa Müctəhidzadənin əsərlərini əldə etmişdir

 

 

AMEA Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi, ictimai və din xadimi, 1910-cu ildə İstanbulda çapdan çıxmış “Riyazül-aşiqin” əsərinin müəllifi Məhəmməd ağa Müctəhidzadənin əsərlərinin əlyazmalarını, ona aid fotoları və bəzi sənədləri əldə etmişdir.

 İnstitutun direktor əvəzi Paşa Əlioğlunun  APA -ya verdiyi məlumata görə, materialları M.Müctəhidzadənin oğlu Hafiz Sədrzadə təqdim etmişdir.

P. Əlioğlu qeyd etmişdir ki, əlyazmaların içində şairin Azərbaycan və fars dilində şeirləri, 1918-ci ildə bolşevik-ermənilərin təcavüzü ilə bağlı Azərbaycanda cərəyan edən hadisələr, Məhəmməd ağanın bir heyətlə Türkiyəyə yardım üçün getməsi barədə xatirələri maraq doğurur: “Bir sənəddən məlum olur ki, Məhəmməd ağa Müctəhidzadə “Xalq xanəndələri və XIX əsr Azərbaycan musiqi alətləri” adlı əsər yazaraq 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülə təhvil vermişdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında