Bakı Dövlət Universitetində Nobel mükafatı laureatlarının iştirakı ilə tədbir keçirilmişdir

 

Oktyabrın 30-da Bakı Dövlət Universitetində (BDU) fizika üzrə Nobel mükafatı laureatları Laflin Robert Betts, David Qross, kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturun  iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının və  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələrinin, ali məktəblərin rektorlarının  iştirak etdikləri tədbirdə “Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar” mövzusu ətrafında geniş müzakirələr aparılmışdır.

Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Bakıda keçiriləcək III Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Forumda dünyanın bir çox tanınmış ictimai-siyasi xadimləri, sabiq dövlət başçıları, məşhur siyasətçilər, o cümlədən  15 Nobel mükafatçısı   iştirak edəcəkdir. BDU-nun dəvəti ilə Bakıya gəlmiş beş Nobel mükafatçısı iki gün ərzində universitetdə mühazirələr oxumuşdur. Onların tələbələr və müəllimlər qarşısında  çıxışları noyabrın 2-də  davam edəcəkdir.

Sonra A.Məhərrəmov  məşhur alimləri tədbir iştirakçılarına təqdim etmişdir.

“Dəyirmi masa”da professorlar - BDU-nun nanoaraşdırmalar laboratoriyasının müdiri Məhəmmədəli Ramazanovun “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazovun “Neft sənayesində nanotexnologiyalar” (BDU və ARDNŞ-in birgə işi) və  Eden Mamutun  “Nanomayelər sahəsində elmi tədqiqatların hazırkı vəziyyəti - gələcək tədqiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzularında məruzələri dinlənilmişdir.

Nobel mükafatçıları BDU-da  bakalavr və magistr pillələrində təhsilin təşkili prosesini, nanotexnologiyalar sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirmişlər. Universitetin alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyədə iş apardıqları, həmçinin bu sahədə təhsilin yüksək səviyyədə təşkil olunduğu qeyd edilmişdir. Məşhur alimlər gələcəkdə dünya təhsil sisteminə inteqrasiya ilə bağlı  tövsiyələrini vermişlər.  

“Dəyirmi masa” mövzularla bağlı sualların cavablandırılması ilə yekunlaşmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında