Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanmışdır

 

 

 

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə oktyabrın 28-də Oksford şəhərinə səfər etmişdir.

Professor Nərgiz Paşayeva universitetin şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında məruzə ilə çıxış etmişdir.

Tədbirdə universitetin şərqşünaslıq fakültəsinin rəhbəri, professor Edmund Herziq, həmin fakültənin ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, fars dili və ədəbiyyatı üzrə fəlsəfə doktoru Dominik Brukşo, klassik ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, İslam tarixi üzrə professor Robert Hoyland, Şərqi xristianlıq bölməsinin professoru Teo van Lint, türk dili və ədəbiyyatı üzrə fəlsəfə doktoru Loran Minyon, eləcə də Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin rəhbəri Gilyan Evison, Aşmolean Muzeyinin İslam incəsənəti qalereyasının kuratoru Françeska Leoni, Bodleyn kitabxanasının Yaxın Şərq və İslam əlyazmalarının kuratoru Alastar Vatson iştirak etmişlər.

Tədbirdə, həmçinin professor Nərgiz Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşünas-alim, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev iştirak etmişdir.

Nərgiz Paşayevanın çıxışı böyük maraqla qarşılanmış və geniş fikir mübadiləsinə səbəb olmuşdur. Çıxışından sonra Nərgiz Paşayeva alimlərin suallarını cavablandırmışdır.

Səfər çərçivəsində Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Sənədi professor Nərgiz Paşayeva və Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru Lieyzl Elder imzalamışlar. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında