Milli Azərbaycan Tarixi Muzeyində “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və qorunması” mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır

 

 Oktyabrın 29-da Milli Azərbaycan Tarixi Muzeyində “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və qorunması” mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbir iştirakçılarını salamlayaraq qonaqları təqdim etmişdir. O qeyd etmişdir ki, konfransın işində Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, İordaniya, Ukrayna və digər dövlətlərin - cəmi 20 ölkənin nümayəndələri iştirak edir.

Qədim tarixə malik olan Azərbaycanın zəngin maddi mədəniyyət nümunələrinin xeyli hissəsi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmişdir. Mədəniyyət abidələrinin qorunub saxlanması üçün birgə əməkdaşlıq zəruridir.

İclas başlamazdan əvvəl iştirakçılar “Miss qab-qacaq” sərgisi ilə tanış olmuşlar. Sərginin ekspozisiyasında Etnoqrafiya muzeyinin fondunda saxlanan, XVIII-XIX əsrlərə aid 25 adda 160-dan çox əşya nümayiş etdirilirdi.

Sərgi dekabrın 29-dək davam edəcəkdir.

Sonra məruzələr dinlənilmişdir. Konfransın birinci iclasında Tarix Muzeyinin elmi arxeologiya fondunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nəsir Quluzadə, Dövlət Ermitajının parçaların elmi bərpası və konservasiyası laboratoriyasının müdiri Marina Denisova, Türkiyənin “Səlcuq” Universitetinin Səlcuq Araşdırmaları Mərkəzinin əməkdaşları Əhməd Aytac və Əbru Teymurləng, Əmmanın (İordaniya) Mozaika və Bərpa İnstitutunun əməkdaşı Savsan Adel əl-Fəxri və başqaları çıxış etmişlər.

Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı rəssamı Nuridə Hüseynova “Azərbaycan milli geyimlərinin öyrənilməsi, ilkin formada qorunub saxlanması və populyarlaşdırılması” mövzusunda məruzə ilə çıxış etmiş, milli geyim nümunələrini nümayiş etdirmişdir.

Fasilədən sonra konfrans öz işini seksiyalar üzrə davam etdirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında