Təhsil müəssisələrində ingilis və rus dillərinin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür

 

 

 

Azərbaycan Respublikasının təhsil naziri “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” və “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrlər imzalamışdır.

“İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən “İngilis dilinin intensiv tədrisi” layihəsinin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınmışdır.

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, əmrdə, həmçinin, Təhsil Nazirliyi və “British Council”un birgə layihəsinin Bakı şəhərinin seçilmiş pilot məktəblərinin I-IV və V-X siniflərdə davam etdirilməsi və Bakı şəhər 116 nömrəli tam orta məktəbin I siniflərində tətbiqinə başlanılması nəzərdə tutulmuşdur. Gəncə şəhər xarici dillər təmayüllü gimnaziya və şəhər 4 nömrəli tam orta, Mingəçevir şəhər 3 və 4 nömrəli, Sumqayıt “Təfəkkür” liseyi və şəhər 23 nömrəli, Şirvan şəhər 9 və 21 nömrəli, Quba şəhər 3 və 4 nömrəli, Qusar şəhər 2 və 6 nömrəli, Xaçmaz şəhər 1 və 8 nömrəli, Şamaxı Avropa liseyi və 2 nömrəli, İsmayıllı şəhər 3 və 5 nömrəli, Şəki şəhər 8 və 10 nömrəli, Qəbələ şəhər 3 və 1 nömrəli, Zaqatala şəhər 2 nömrəli və akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Lənkəran şəhər 4 nömrəli və xarici dillər təmayüllü gimnaziya, Yevlax şəhər 5 və 9 nömrəli, Salyan şəhər 1 və 7 nömrəli tam orta məktəblərin I siniflərində layihənin tətbiqinə başlanılması qeyd olunmuşdur. Dərs ili ərzində 520 nəfər ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının təmin olunması, pilot məktəblərin dərslik və dərs vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini tapmışdır.

“Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrə əsasən, 2013-2014-cü dərs ilində Bakı şəhərinin 3, 12, 13, 20, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 274, 250, 257, 263, 265, 272, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli məktəblər və Bağça-Məktəb-Lisey Kompleksinin, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11 nömrəli, Şirvan şəhəri 3 nömrəli, Abşeron rayonu 2 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Şəki rayonu 5 nömrəli, Şamaxı rayonu 6 nömrəli, Zaqatala rayonu Əlibayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı rayonu 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərin I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

Samirə ƏLİYEVA,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında