Mikayıl CABBAROV: “Təhsilin İnkişafı Fondunun yaradılması təhsilin bütün pillələrinin inkişafına şərait yaradacaq”

 

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına əsasən təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi məsələsinə aydınlıq gətirmişdir.

APA -nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında demişdir ki, ümumilikdə bir sıra məsələlərdə ali məktəblərə artıq muxtariyyət verilmişdir.  Onun sözlərinə görə, muxtariyyətin verilməsi hesabatlılığın azaldılması deyil, çoxaldılması deməkdir. M.Cabbarov qeyd etmişdir ki, bu prizmadan aparıcı təhsil sistemlərinin uğurlu təcrübəsi yaxından öyrənilməlidir. Nazir vurğulamışdır ki, ali məktəblərə muxtariyyətin verilməsi təhsil ocaqlarının mülkiyyət formasından asılı olmayaraq, idarəetmə modellərinin təkmilləşdirilməsinə, onların fəaliyyətinin şəffaflığının və səmərəliliyinin təmin edilməsinə, ali təhsil müəssisələrinin tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi hesabına məzunların bilik səviyyəsinin, peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.

M.Cabbarov Azərbaycanda Təhsilin İnkişafı Fondunun yaradılması məsələsinə də münasibət bildirmişdir. O, qeyd etmişdir ki, fondun yaradılması ümumilikdə təhsilin bütün pillələrinin inkişafına şərait yaradacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında