“Mən “PAŞA Bank” təqaüdçüsüyəm” adlı təqaüd proqramının qalibləri mükafatlandırılmışlar

 

 

Oktyabrın 25-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında ATGTİ və “PAŞA Bank”ın birgə həyata keçirdikləri “Mən “PAŞA Bank” təqaüdçüsüyəm” adlı təqaüd proqramının qalibləri mükafatlandırılmışlar.

Tədbirdə ATGTİ-nın icraçı direktoru Şəmsi Gülverdi və “PAŞA Bank” korporativ və kommunikasiya departamentinin direktoru Sona Abbasova çıxış etmişlər.

İkinci ildir ki, keçirilən təqaüd proqramının məqsədi iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin təhsilinə və onların şəxsi inkişafına dəstək olmaqdır.

Bildirilmişdir ki, proqram çərçivəsində tədris ilinin əvvəlindən etibarən ATGTİ və “PAŞA Bank”ın birgə dəstəyi ilə iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr arasında müsabiqə keçirilmişdir. Müsabiqə əsasında on iki tələbə seçilmişdir.

Sonra seçilmiş on iki tələbənin hər birinə diplom və 100 manat məbləğində pul mükafatları təqdim olunmuşdur.

AzərTA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında