“Əsrə bərabər 10 il” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir

 

Oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10 illiyinə həsr olunmuş “Əsrə bərabər 10 il” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev xalqın istəyi ilə yenidən Prezident seçilmiş İlham Əliyevin Azərbaycan dövlətinin başçısı kimi 10 illik fəaliyyətindən, ümummilli lider Heydər Əliyevin siyasi təliminin uğurlu nəticələrindən danışmışdır.

Son 10 ilin vüsətli inkişafını, dövlətimizin başçısının milli mədəniyyətə diqqət və qayğısını qeyd edən natiq vurğulamışdır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il tariximizin coşqun uğurlarla dolu qızıl mərhələsidir. Bu illərdə ölkəmiz güclü hakimiyyətdən güclü dövlətə doğru möhtəşəm bir siyasi-iqtisadi, hüquqi və mənəvi təkamül yolu keçmişdir. Bu, həm də sülh və demokratiya yolu olmuşdur. Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın dünyadakı imici günbəgün artmaqda, ölkədə daxili sabitlik möhkəmlənməkdədir.

Konfransda qeyd olunmuşdur ki, son on ildə Azərbaycanda böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin.

Diqqətə çatdırılmışdır ki, universitetdə Prezident təqaüdçüsü olan beş tələbə oxuyur, onlarla professor-müəllim çalışır, kollektivin bir sıra üzvləri fəxri adlara, mükafatlara layiq görülmüşlər. Bütün bunlar dövlətimizin başçısının nəinki universitetə, həm də Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi böyük diqqət və qayğıya bariz nümunələrdəndir. Belə bir inam ifadə olunmuşdur ki, növbəti beş ildə ölkə həyatının  bütün sahələri kimi, mədəniyyət və incəsənətimiz də Prezident İlham Əliyevin rəhbərliyi altında daha yüksək zirvələr fəth edəcəkdir.

Sonra Azərbaycanın müasir iqtisadi və mədəni inkişafına həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

Konfransda “Müasir dövrün siyasi lider etalonu”, “Mədəniyyətə dövlət qayğısı”, “Güclü dövlət və ədəbi siyasət”, “Müasir Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzularında məruzələr dinlənilmişdir.

Sonda tədbir iştirakçıları Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş sərgiyə baxmışlar.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında