İnkişafın Azərbaycan modeli bir çox ölkələr üçün nümunə sayılır

 

Azərbaycanın sürətli inkişafı göz qabağındadır. İnkişafın bu modeli bir çox ölkələr üçün nümunə sayılır. Bizim müşahidələrimiz göstərir ki, mərhum Prezident Heydər Əliyevin müəyyən etdiyi siyasi, iqtisadi strategiyanın bu gün dövlət başçısı İlham Əliyev tərəfindən səmərəli formada davam etdirilməsi Azərbaycanın həm MDB məkanında, həm də onun sərhədlərindən kənarda sürətlə inkişaf edən demokratik ölkə imicini yaratmışdır.

Bu sözləri T. Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini, Beynəlxalq Təşkilatlar və Diplomatik Xidmət Departamentinin rəhbəri professor Viktor Matviyenko AzərTAc-a müsahibəsində demişdir.

Dövlət başçısı İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsini Azərbaycan xalqının inkişafa və rifaha səs verməsi kimi dəyərləndirən Viktor Matviyenko, qeyd etmişdir ki, Prezidentin müəyyənləşdirdiyi inkişaf proqramları əsasında reallaşdırılan infrastruktur layihələri ölkənin müasirləşməsinə və xalqın rifah halının yüksəlməsinə xidmət edir. Professor V. Matviyenko demişdir: “Prezident İlham Əliyevin ən böyük üstünlüklərindən biri ölkənin təbii sərvətlərindən əldə olunan maliyyə resurslarının ağıllı şəkildə idarə edilməsidir. Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edən infrastruktur layihələrini yüksək qiymətləndirirəm. Azərbaycanın paytaxtı, rayonları çox dəyişib, gözəlləşib. Bizim bildiyimizə görə, son illərdə yüzlərlə yeni məktəb və xəstəxanalar tikilib, yeni yollar salınıb. Bütün bu işlər şəxsən dövlət başçısının nəzarəti altında görülüb. Bunlar böyük göstəricilərdir, xalqın rifahını, sosial inkişafını təmin edən amillərdir. Neftdən gələn gəlirlər başlıca şərt deyil, əsas odur ki, o gəlirləri uğurlu idarə edə biləsən, ölkənin yüksəlişinə sərf edəsən. Bu baxımdan Azərbaycan Prezidentinin atdığı addımlar təqdir edilməlidir”.

Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini bildirmişdir ki, Azərbaycanda aparılan islahatlar, həyata keçirilən layihələr ölkənin iqtisadi, sosial inkişafı ilə yanaşı, onun beynəlxalq imicinin möhkəmlənməsində də böyük rol oynamışdır. Azərbaycan bu gün dünyada həm iqtisadi, həm də siyasi baxımdan etibarlı tərəfdaş hesab edilir. Azərbaycanın qazandığı uğurlar ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı yer tutmasına gətirib çıxarmışdır. Dinamik və davamlı inkişafına görə Azərbaycana beynəlxalq maraq artmışdır.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşən Viktor Matviyenko, bildirmişdir ki, bu problem regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına böyük maneə yaradır. Ukrayna problemin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarıdır.

Azərbaycan–Ukrayna münasibətləri barədə danışan professor V. Matviyenko qeyd etmişdir ki, bu gün iki ölkə arasında bir çox sahələri əhatə edən əlaqələr yüksək səviyyədədir. O, demişdir ki, rəsmi Bakı və rəsmi Kiyev həm ikitərəfli əməkdaşlığın inkişafında, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin genişləndirilməsində maraqlıdırlar.

Təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirən Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini, xüsusilə də, son illərdə Azərbaycan və Ukraynanın ali təhsil ocaqları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında