“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin on ikinci cildi çapdan çıxmışdır

 

 

 

“Bu gün Azərbaycan öz sosial-iqtisadi inkişafında yeni prioritetlə və inkişaf perspektivləri ilə səciyyələnən növbəti mərhələyə qədəm qoyur. Ölkədə sosial-iqtisadi inkişafın davamlı dinamikliyini təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, infrastruktur obyektlərinin müasir tələblərə uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Bununla yanaşı, Azərbaycan dövlətinin iqtisadi siyasətində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, onun sosial təminatının yaxşılaşdırılması mərkəzi yer tutur. Biz öz praktiki fəaliyyətimizdə belə bir müddəanı rəhbər tuturuq ki, sosial sahənin yetərli inkişafı nəinki başlıca məqsəd, həm də dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biridir".

Bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on ikinci cildindən - dövlətimizin başçısının 2005-ci il sentyabrın 7-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Qloballaşma və əmək miqrantlarının sosial müdafiəsi” mövzusunda Avropa iclasındakı çıxışından götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin bu kitabında ölkəmizin iqtisadi, siyasi və mədəni cəhətdən daha da müasir dövlətə çevrilməsinə, ordu quruculuğunun inkişafına dair materiallar, Dağlıq Qarabağ münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyi həmişə olduğu kimi geniş yer tutmuşdur.

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarına səfərləri, bu rayonların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxışları, nitqləri və digər materiallar toplanmışdır.

Burada, həmçinin ölkəmizdə səfərdə olmuş UNESCO-nun o vaxtkı baş direktoru Koişiro Matsuura və onun başçılıq etdiyi nümayəndə heyəti, həmin vaxt Moskvanın və bütün Rusiyanın patriarxı olan II Aleksi, çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, dərin məzmunlu söhbətləri, nüfuzlu mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələr, müraciət və məktubları da dərc edilmişdir.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilmişdir.

On ikinci cildə daxil olan materiallar 2005-ci ilin avqustundan sentyabradək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında