Təhsil nazirinin müavini Lənkəranda vətəndaşları qəbul etmişdir

 

Oktyabrın 19-da respublika təhsil nazirinin müavini Ceyhun Bayramov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Astara, Yardımlı və  Masallı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı səsləndirilən müraciətlərdə əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, məktəb direktorundan şikayət, işə bərpa olunma, tələbənin bir ali məktəb və ya kollecdən digərinə köçürülməsi, diplomların tanınması, tələbənin əyani şöbədən qiyabiyə köçürülməsi kimi məsələlər üstünlük təşkil etmişdir. Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmışdır. Digər müraciətlərin isə araşdırılacağı və bu barədə vətəndaşlara əlavə cavablar veriləcəyi bildirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında