Dövlət İdarəçilik Akademiyasında Müstəqillik gününə həsr olunmuş elmi-praktik konfrans

 

 

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müstəqillik gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbirdən əvvəl konfrans iştirakçıları DİA-da ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri  qoymuşlar.

Dövlət İdarəçilik Akademiyasının “Heydər Əliyev Mərkəzi”ndə dövlət himninin səsləndirilməsindən sonra konfransı giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünü hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu bildirdi. Rektor bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və bayramın ölkəmizlə yanaşı, dünyanın bir çox yerlərində də qeyd edildiyini vurğulamışdır. Natiq qeyd etmişdir ki, Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini elan etməsi xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci ən parlaq qələbə idi.

 U.Ələkbərov bildirmişdir ki,  müstəqilliyimizin ilk illərində xalqımız  dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasi xadimin yenidən  siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. “Müstəqilliyimiz dönməzdir, əbədidir”, - deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün  möhtərəm Prezident  İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahəsində böyük uğurlar əldə edilmişdir. Rektor, Prezident İlham Əliyevin “Azərbaycan 2020: İnkişaf Strategiyası” ilə bağlı imzaladığı mühüm sənədi müstəqillik tarixində əlamətdar hadisə kimi dəyərləndirmiş və qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı müstəqil, firavan yaşayır və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Heydər Əliyev şəxsiyyətinə, onun ideyalarına, xalqımıza miras  qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır.

Konfransda Milli Məclisin deputatı professor Musa Qasımlı, DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov məruzə ilə çıxış etmiş, dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən, bugünkü müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində dövlətin uğurlu siyasətindən danışmışlar.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında