“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on birinci cildi çapdan çıxmışdır

 

“Azərbaycanın dövlət rəhbərliyinin mövqeyi bundan ibarətdir ki, ölkələrimizin bütün maddi və mənəvi sərvətləri region və Avrasiya ölkələri xalqlarının rifahına və təhlükəsizliyinə xidmət etməlidir.

Azərbaycan Respublikası regional, beynəlxalq inteqrasiya və əməkdaşlıq proseslərinin fəal iştirakçısıdır. Ölkəmiz region və bütün dünya dövlətləri ilə qarşılıqlı surətdə faydalı iqtisadi və mədəni əlaqələr qurulmasında maraqlıdır. Azərbaycan bütün dünyada terrorizmə qarşı mübarizədə, regional təhlükəsizliklə bağlı tədbirlərdə, transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində  birmənalı mövqeyi və fəaliyyəti ilə seçilir. Xüsusən beynəlxalq enerji layihələrində Azərbaycan həmişə əsas təşəbbüskarlardan və söz sahiblərindən biri olmuşdur. Bu gün biz Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin memarı olduğu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin reallaşmasının şahidiyik".

AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on birinci cildindən - dövlətimizin başçısının 2005-ci il iyulun 1-də Avrasiya Ölkələri Səkkizinci İqtisadi Zirvə Toplantısındakı çıxışından götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin ölkəmizə səfər etmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Avropa Şurası Parlament Assambleyasının komitə və qrup rəhbərləri, həmçinin Misir, İran, Yaponiya, ABŞ, Qətər, Tailand və Gürcüstanın nüfuzlu dairələrinin nümayəndələri ilə görüşləri, dərin məzmunlu söhbətləri, çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələr geniş yer almışdır.

Kitabda dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində parlaq nitqi, mətbuat işçiləri, eyni zamanda, Daxili İşlər Nazirliyinin və bəzi polis orqanlarının rəhbərləri, idmançılar ilə görüşlərdəki çıxışları, tövsiyələri öz əksini tapmışdır.

Bu cilddə Prezident İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafına, xalqımızın rifahı naminə aparılan geni islahatlara həsr olunmuş çıxış və nitqləri və digər materiallar da toplanmışdır.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilmişdir.

On birinci cildə daxil olan materiallar 2005-ci ilin iyunundan avqustadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında