Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edildi

 

 

 

 

Suraxanı  rayonundakı Heydər Əliyev Mərkəzində  Beynəlxalq Müəllimlər  Günü münasibətilə  tədbir  keçirilmişdir. Rayondakı  tədris-tərbiyə  müəssisələrində   çalışan  təhsil  işçilərinin  bir  qrupunun  qatıldığı  tədbirdə  ali məktəblərə  qəbul  imtahanında  yüksək  nəticə  göstərən  rayon  məzunları  da  iştirak  etmişlər.

Rayon  icra  hakimiyyətinin  başçısı  İlqar  Abbasov   çıxışında bildirmişdir  ki,  Azərbaycan  xalqının  milli  təfəkküründə  müəllim  adı  hər  zaman  ucalıq,   ziyalılıq  və  mənəvi  saflıq  rəmzi  kimi  təcəssüm  olunmuş,  böyük  hörmətlə,  yüksək   ehtiramla  çəkilmişdir. Sosial  statusundan,  tutduğu  vəzifədən  asılı  olmayaraq,  bu  gün  hər  bir  azərbaycanlı  cəmiyyətdəki  mövqeyinə,  qazandığı   biliklərə,   ümumən,  bir  şəxsiyyət  kimi  formalaşmasına  görə  özünü  məhz  müəllimlərinə   borclu  sayır. Ölkəmizdə  bütün  sahələrdə  olduğu  kimi,  son  illərdə  təhsil  sahəsində  də  çox  ciddi  irəliləyişlər,  nəzərə  çarpacaq  uğurlar  əldə  edilmişdir.  Bu  uğurlar  hər  birimizi  sevindirir.

Başçı qeyd etmişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Suraxanı rayonunda da təhsil sahəsində bir çox işlər görülmüşdür.  640 şagird yerlik 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmiş və keçən tədris ilində şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə daxili simsiz internet xidməti təmin olunmuş, MDB məkanında orta tədris sistemində ilk dəfə olaraq “Smart sinif” açılmışdır. Bundan başqa, rayon üzrə 10 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” olmuş, 11  müəllim isə “Ən yaxşı müəllim” adını qazanmışdır.

Suraxanı rayonu üzrə 2012-2013-cü tədris ilində abituriyentlərin 60,8 faizi tələbə adını qazanmışdır. 4 məzun orta məktəbi qızıl medalla bitirmişdir. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yüksək balla ali məktəbə daxil olmuş 5 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Elşad Məmmədli, 275 və  279 nömrəli məktəblərin direktorları Elmira İsmayılova, Oqtay Səmədov, 318 saylı məktəbin müəllimi Ülviyyə Həsənova, Prezident  təqaüdçüsü Əlişram Ələkbərov təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.

Beynəlxalq  Müəllimlər Günü    münasibətilə  ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar başçının  Fəxri Fərmanı ilə təltif edilmiş və onlara qiymətli hədiyyələr verilmişdir.

Sonda şagirdlərin ifasında bədii hissə göstərilmişdir.

V. BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında