5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir

 

Təhsil Nazirliyində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov dövlətimizin təhsilə daim böyük önəm verdiyini vurğulamışdır.

Cəmiyyətdə təhsilin mühüm rolundan danışan nazir bildirmişdir ki, hər bir ölkənin gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə bağlı olur.

Azərbaycan təhsilinin inkişafı üçün reallaşdırılan tədbirlərin, proqram və layihələrin əhəmiyyətindən danışan M. Cabbarov, eyni zamanda, müəllim peşəsinin çox müqəddəs olduğunu xatırlatmışdır.

Təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan bəhs edən nazir bildirmişdir ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 3-də imzalanmış sərəncamlarla 63 nəfər “Əməkdar müəllim” fəxri adına, 61 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşdür. Sonra mükafatlar sahiblərinə təqdim edilmişdir.

M.Cabbarov əlamətdar gün münasibətilə müəllimləri təbrik etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında