Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

 

Oktyabrın 4-də Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Yasin Həsənov demişdir ki, yeni məktəb binasının istifadəyə verilməsi elmə, təhsilə, gələcəyimiz olan gənc nəslə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Məktəbdə informasiya texnologiyalarının tətbiqi, yeni tədris avadanlıqlarının qurulması təhsilin səviyyəsini xeyli yüksəldəcəkdir. Göstərilən hərtərəfli diqqət və qayğıya cavab olaraq məktəbin pedaqoji kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Yasin Həsənov görülən bu işlərin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olduğunu vurğulamış, qarşıdan gələn prezident seçkilərində də bu siyasi xətti dəstəkləyəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sabirkənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə cavab verən biliyə malik olmalı, təhsil isə daim təkmilləşdirilməlidir”, – fikrini xatırladaraq demişdir: Bu gün Sabirkənddə lazımi tədris avadanlıqları ilə təmin olunmuş yeni məktəb binasının istifadəyə verilməsi ümummilli liderimizin tövsiyyələrinə uyğun gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Məktəb binasında hərtərəfli şərait yaradılmışdır. Təhsil ocağında lazımi tədris avadanlıqları quraşdırılmış, elektron lövhəli siniflər, kompyuter otaqları, zəngin kitabxana fondu, idman zalı şagirdlərin istifadəsinə verilmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.

Ali Məclisin sədri məktəb binasına baxışdan sonra kənd sakinləri ilə görüşmüşdür. Kənd sakinləri, ziyalılar Sabirkəndin abad yaşayış məntəqəsinə çevrildiyini, insanların rifahının yüksəldiyini, problemlərinin vaxtlı-vaxtında həll olunduğunu bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Ali Məclisin sədri Ordubad rayonunun kəndlərinin kompleks şəkildə abadlaşması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, yaradılan şəraiti, göstərilən qayğını ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurlu davamı kimi dəyərləndirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında